Əlvida, Bəxtiyarım
Gen açdı qapımızı ölümün dərd küləyi,
Qaraldı anaların, bacıların örpəyi.
Bu acı xəbər kəsdi milyon-milyon ürəyi -
Əlvida, Bəxtiyarım!
Hər eldə, hər obada qəm sükutu görünür,
Sənin söz matəmində Şahmar, Xudu görünür…
İzdiham dalğalanır, yas buludu görünür -
Əlvida, Bəxtiyarım!
Nəfəsinin ətrini nəğməndən alanın var,
"Atılmışlar"a baxıb,
gözləri dolanın
var;
Doğma
ayaq səsinə tamarzı qalanın var -
Əlvida,
Bəxtiyarım!
"Bir ürəkdə dörd fəsil" susur, çağlaya bilmir,
Gözlərinin yaşını "Bahar" saxlaya bilmir;
"Fəryad" fəryad qoparmır, "Ceyran"
ağlaya bilmir -
Əlvida,
Bəxtiyarım!
Xalqın
əzizlədiyi məzarın
qala olub,
Dağdan
ağır yükümüz
bu dərd, bu bəla olub!
Bu gün qəmli Bakımız Nəcəf,
Kərbəla olub -
Əlvida,
Bəxtiyarım!
Qismətin kitab-kitab ömür
olub, yaş olub,
Ellərə məhəbbətin el gözündə yaş olub!
"Öldü" - deyə bilmirəm, dodaqlarım daş olub -
Əlvida,
Bəxtiyarım!
Ağ saçın gün düşməyən yala-yamaca
dönüb,
Arzu dolu ürəyin yanmış ağaca dönüb!..
"Payız düşüncələri"
sahibsiz taca dönüb -
Əlvida,
Bəxtiyarım!
Ruhunu yaşadacaq Qorqudun çaldığı saz,
Tikanlı sözlərindən diksinməz
ağlıdayaz.
Sənin
Vətən dərdini
Vətən oğlu unutmaz -
Əlvida, Bəxtiyarım!
Qulağıma gəlməyir, uzaqdır bu gün səsi,
Deyir gözümün yaşı, deyir könlümün səsi:
Əlvida, dilimizin fatehi, sərkərdəsi -
Əlvida, Bəxtiyarım!
Əlvida, Bəxtiyarım!
Mirzəxanlı, Nurəddin
Ədəbiyyat qəzeti.-2009.-20
fevral.-S.6.