Səfərbər
yatır
Xalq şairi Bəxtiyar Vahabzadəyə
Məndən soruşurlar, - necədir şair?
Oyaqdır, - qəlbində şeirlər yatır.
"Gülüstan" sülhünü pozub yenidən,
Bəxtiyar hökmünü yazan ər yatır.
Ocağa atdılar, oda yeridi,
üstünə qəm gəldi, qada yeridi.
Tanklar yeriyəndə, o da yeridi,
o vaxtdan yaralı bir əsgər yatır.
Əlində qələm var,
gözündə eynək,
qələmi qılıncdı,
eynəyi - şimşək.
Otağı - səngərdi, çölü
- qar, külək,
o oyaq qalanda, bir
şəhər yatır.
Döyüşür, vuruşur insan haqq üçün,
bir kibrit bəs eylər bir ocaq üçün.
Yerə
də yatmışıq
- biz qalxmaq üçün,
dözmür, zəlzələdən
bəzən yer yatır.
"Latın əlifbası",
ya "Ana dili",
sahilsiz ümmanın
ümman sahili.
Yolunu gözləyir
səfərdən
qayıdıb, - səfərbər yatır
Həsənzadə, Nəriman
Ədəbiyyat qəzeti.-2009.-20 fevral.-S.6.