Respublika naşirləri bir araya gəldi
R.Dekart yaxşı kitabları oxumağı keçmişin
ən yaxşı adamları ilə söhbət etməyə
bənzədirdi: "Bu,
həm də elə bir söhbətdir
ki, adamlar bizə özlərinin ən gözəl fikirlərini deyirlər".
Ümummilli lider Heydər Əliyev isə kitabxananı xalq, millət üçün,
cəmiyyət üçün
müqəddəs bir
yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırırdı.
İyulun 1-də M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən ölkəmizdə fəaliyyət
göstərən nəşriyyat
və poliqrafiya müəssisəsi rəhbərliyinin
respublika müşavirəsində
də kitabın cəmiyyətdə və
milli-bəşəri
təfəkkürün inkişafındakı
yerindən, kitab nəşrinin vəziyyətindən
ətraflı bəhs
olundu.
Mərasimi mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev açaraq görüşün
məramını açıqladı.
Bildirdi ki, müstəqillik əldə
etdikdən sonra sovetlər dönəmində
çox ciddi senzura altında işləyən sistem çökdü. Kitab-mağazalar
sisteminin əsasları,
"Azərkitab" Birliyi
dağıldı. Bölgələrdə olan kitabxanaların bir qismi özəlləşdirildi,
kitabxana fondları dağıdıldı. Ümummilli
lider Heydər Əliyevin xüsusi sərəncamına qədər
bu sahədə xeyli itkilər oldu.
Nazir müavini vurğuladı ki, 2006-cı ildən - Mədəniyyət və
Turizm Nazirliyi yaradıldıqdan sonra Azərbaycanda kitab nəşri və poliqrafiya sahəsində çox böyük dönüş yarandı.
Eyni zamanda, ölkə başçısının
sərəncamı ilə
dünya ədəbyiyatı
nümunələrinin, klassiklərimizin
əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşr edilərək
kitabxanalara hədiyyə
edilməsi yaranmış
boşluğu aradan qaldırdı.
Ölkəmizdə fəaliyyət
göstərən 50 poliqrafiya
və nəşriyyat
rəhbərlərinin dəvətli
olduğu toplantıda
"Ozan" nəşriyyatının
rəhbəri Asif Rüstəmli, "Beşik"
nəşriyyatının baş
redaktoru Nərgiz Cabbarlı, "Bakı Kitab Klubu"nun direktoru Elxan
Rzayev, "Nağıl
Evi" nəşriyyatının rəhbəri Ələddin Əsədzadə,
Azərnəşrin direktoru
Azər Mustafazadə,
"Təhsil" nəşriyyatının
direktoru Bəhruz müəllim, "Mütərcim"
nəşriyyatının direktoru
Əliş Mirzalı,
"Nurlan" nəşriyyatının
direktoru Nadir Məmmədli, "Zərdabi"
nəşriyyat-poliqrafiya
müəssisəsinin direktoru
Aydın Məlikov, professor İsmayıl Vəliyev
çıxış edərək
ölkəmizdə kitab
nəşri və satışı sahəsində
əldə olunan uğurlar, eyni zamanda, bu sahədəki
problemlər haqqında
söz açdılar.
Vurğulandı ki, bu problemlərin sistemli şəkildə həll edilməsi üçün əvvəllər
də təşəbbüs
olunmuş Naşirlər
Şurasının yaradılmasına
ehtiyac var.
M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov mərasimdə çıxış
edərək qeyd etdi ki, bu
gün kitabxanalar kitab aclığı çəkir, nəşriyyatlar
isə kitab tirajının azlığından
şikayətlənir: "Ölkəmizdə kitab biznesi aşağı səviyyədədi, müəlliflər
həm öz kitablarını şəxsi
vəsaitləri hesabına nəşr etdirir, həm də həmin kitabların satışını təşkil
etməli olurlar".
Nazirliyin məsul işçisi, tanınmış şair
Çingiz Əlioğlu
çıxışında bildirdi ki, Azərbaycan
kitabının dünya
kitab nəşri prosesinə inteqrasiya olunması günün vacib tələbidir. O, nəşriyyat işi haqqında qanunun işləməməsi səbəblərinə
də aydınlıq gətirdi. Eyni zamanda, vurğuladı ki, kitab nəşr
edərkən ölkəmizin
sınırlarından kənarda
yaşayan soydaşlarımızı
da nəzərə almaq lazımdır: "Böyük bir oxucu kütləsi çox vaxt kitab dövriyyəsindən
kənarda qalır".
Müzakirələri Ədalət Vəliyev
yekunlaşdırdı. Çıxış
edənlərin daha çox satış işindən gileylənməsinə
toxunaraq dedi: "Elə kitablar nəşr etmək lazımdır ki, ona böyük oxucu marağı olsun. Zəif əsəri nəşr edib, sonra onun
satışı qayğısına
qalmaq kimə lazımdı? Azərbaycanda
fəaliyyət göstərən
nəşriyyatların sistemləşdirilməsinə
böyük ehtiyac var".
Nazir müavini onu da nəzərə çatdırdı ki, Azərbaycanda kitab nəşri həm dövri, həm də özəl təşkilatlar tərəfindən
uğurla davam etdirilir, bir sıra müsbət irəliləyişlər müşahidə
olunmaqdadır. Nəşriyyat işinin inikşaf etməsinə şərait
yaradan sərbəst fəaliyyət imkanları,
zəruri hüquqi-qanunvericilik
aktlarının mövcudluğu
ölkədə nəşr
edilən kitab və çap məhsullarının məzmun
və forma baxımından mükəmməlliyini
təmin edir.
Vurğulandı ki,
ölkə naşirləri
ilə sıx əməkdaşlıq Azərbaycanda
istehsal olunan çap məhsulları barədə daha dolğun məlumatların
əldə olunması
və nəticədə
ölkəmizin məşhur
beynəlxalq sərgi və festivallarda daha məhsuldar iştirak etməsi işində əsas amillərdən sayıla bilər. Bu əməkdaşlıq
sentyabr ayının birinci yarısında nazirlik tərəfindən
Bakı şəhərində
keçiriləcək ilk
beynəlxalq kitab sərgisi üçün
də layiqli töhfələr verəcəkdir.
Müzakirə zamanı
Azərbaycanda nəşriyyat
işinin tarixi, dövlət nəşriyyatlarının
sovetlər dönəmində
və müstəqillik
illərindəki fəaliyyəti,
nəşriyyat işinin
idarə olunması prinsipləri və bu sahədə fəaliyyət göstərən
dövlət qurumları,
nəşriyyatlarla kitabxanalar
və kitab mağazaları arasındakı əlaqələr,
bu sahədəki problemlər, eyni zamanda Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
nəşr olunan kitablar və ölkəmizin iştirak etdiyi beynəlxalq sərgi-yarmarkalar, habelə, nəşriyyat işinin canlanması məqsədi ilə nazirlik tərəfindən
hazırlanmış proqram,
təlimat-qaydalar
və s. barədə ətraflı
məlumat verildi.
Toplantı ilə əlaqədar olaraq M.F.Axundov adına Milli Kitabxana Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyinin
2006-2009-cu illərdə nəşr
etdiyi kitabların sərgisini təşkil etmişdir. Sərgidə
100 addan çox kitab nümayiş olunurdu.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.-2009.-3
iyul.-S.6.