Parisdə Tahir Salahova Fransanın mükafatı
təqdim olundu
İyulun 1-də Fransa İncəsənət Akademiyasının katibi Arno d’Oterivin və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynovanın təşkilatçılığı ilə akademiyada görkəmli fırça ustası Tahir Salahova Fransa mədəniyyət və kommunikasiya naziri tərəfindən ölkənin ən nüfuzlu mükafatlarından biri hesab edilən “İncəsənət və ədəbiyyat” ordeninin “Zabit” dərəcəsinin təqdim edilməsi münasibətilə mərasim keçirilmişdir.
Toplantını açan
Tahir Salahovla tanışlıqdan sonra onunla birlikdə SSRİ-nin bir çox yerlərinə yaradıcılıq səfərləri etdiyini xatırladan A.d’Oteriv dəfələrlə Azərbaycanda olduğunu, bənzərsiz təbiəti və gözəl mənzərələri olan ölkəmizə qəlbən vurulduğunu, T. Salahovun Şərq və Qərb mədəniyyətinin interpretasiyasına mühüm töhfə verdiyini bildirmişdir.
Azərbaycan və SSRİ-nin xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahov onun əməyinə verilən yüksək mükafata görə fransanın mədəniyyət və kommunikasiya nazirinə təşəkkürünü bildirmiş, Azərbaycan Prezidenti İlham Əliyevin onun 80 illik yubileyinin keçirilməsi barədə verdiyi Sərəncamın, ölkəmizin ən yüksək mükafatına – “Heydər Əliyev” ordeninə layiq görülməsinin, habelə Almaniyada müalicə olunarkən respublikamızın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın tezliklə sağalması arzuları ifadə olunmuş məktubunun onun üçün çox qiymətli olduğunu diqqətə çəkmiş, A.d’Oteriv ilə tanışlığının ilk günlərini və bu tanışlığın dostluğa çevrilməsini, dünyanın mədəniyyət və incəsənət beşiyi hesab edilən, ədiblər və rəssamlar vətəni fransaya dəfələrlə səfər etdiyini, hər səfərinin onda xüsusi təəssürat yaratdığını xatırlatmış və yüksək mükafatın daim qəlbini qızdıracağını bildirmişdir.
Azərbaycanın fransadkı səfiri Tarik Əliyev mərasimdə iştirak etmişdir.
AzərTAc-ın xüsusi müxbiri mərasim başa çatdıqdan sonra fransanın tanınmış moda ustası Pyer Kardəndən, akademiyanın katibi Arno d’Oterivdən və Tahir Salahovdan müsahibələr almışdır.
P.Kardən demişdir: Tahir Salahovu uzun müddətdir ki, tanıyıram. Hətta Rusiyada olarkən bir neçə günü birlikdə keçirmişik. Mən onun istedadının vurğunuyam.
Tahir Salahovun
yaradıcılığını əlçatmaz bir zirvəyə bənzətmək
olar. Az adam tapılar ki, dünya şöhrətli rəssamın
fırçasından çıxmış
əsərlərlə
Mən yaxın dostum
Akademiyanın katibi A.d’Oteriv:
-25 ildən artıqdır ki, mən Tahir Salahovla tanışam. Sonralar bu tanışlıq şəxsi dostluğa çevrilmişdir. İlk tanışlığımız Azərbaycanın hələ sovetlər birliyinin tərkibində olduğu dövrə təsadüf etmişdir. Biz onunla birlikdə incəsənət əsərlərindən ibarət böyük bir sərgi təşkil etmişdik. Həmin dövrlərdə müxtəlif incəsənətlərin biri-birinə yaxınlaşması çox çətin idi. Buna baxmayaraq, Tahir Salahov, Zurab Seretelinin və Rusiyanın digər görkəmli şəxslərinin sayəsində tanınmış fırça ustalarının əsərlərindən ibarət sərgini çətinliklə olsa da, təşkil edə bildik. Sərgi bir çox maneələrə baxmayaraq, çox müvəffəqiyyətlə keçdi.
Məhz Tahir Salahovun yaxından köməyi ilə mən Rusiyanın bir çox şəhərlərində oldum, bu nəhəng ölkə barədə geniş məlumat əldə edə bildim. Həmin vaxt Tahirin sayəsində Bakı ilə tanış oldum. İlk səfərimdən sonra qəlbən sevdiyim Bakıya bir neçə dəfə səfər etdim. 25 il bundan əvvəl gördüyüm Bakı ilə indiki Bakı arasında təsvirəgəlməz fərqi ifadə etməyə söz tapmıram. Şəhər öz simasını tamamilə dəyişmiş, müasir paytaxta çevrilmişdir. Qərblə Şərq mədəniyyətini özündə təcəssüm etdirmək çox çətindir. Amma Azərbaycanda bu öz təzahürünü tapa bilmişdir.
Ölkəniz çox gözəldir. Mən orada üç dəfə olmuşam və valeh olduğum Bakıya yenə səfər edəcəyimə ümid bəsləyirəm.
Tahir Salahov:
-Mən qeyd etdiyim kimi, bu mükafat qəlbimi
qızdırır. Ona görə ki, hər kəs rəssam
olmaqla bərabər, eyni zamanda insandır. Əgər
mükafat ürək qızdırırsa, bu, sənin əməyinə
verilən cavabdır. Bu mənim üçün böyük
xoşbəxtlikdir ki, mənim yaradıcılığıma
yalnız doğma vətənim Azərbaycanda deyil, eyni zamanda
fransada da xüsusi qiymət verilir. Azərbaycana, yüksək
mükafata görə fransaya sağ ol deyirəm.
Əsgər
Əliyev
Ədəbiyyat qəzeti.-2009.-S.2.