Həyatın davamı

 

XX əsr Azərbaycan dramaturgiyasının ən görkəmli simalarından olan Cəfər Cabbarlının anadan olmasının 110 illik yubileyi münasibətilə ədibin adını daşıyan kitabxanada "Oxşa məni yenə, Tanrım sevindir" adlı ədəbi-bədii tədbir keçirilmişdir. Məclisi giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açmışdır. Cəfər Cabbarlının tədqiqatçısı, tanınmış ədəbiyyatşünas Asif Rüstəmli görkəmli dramaturqun həyat yaradıcılığı haqqında geniş məlumat vermiş, indiyə kimi elmə məlum olmayan bəzi məqamları açıqlamışdır. O, Cabbarlının təhsili, ilk müəllimləri ilə bağlı söhbət açmışdır.

Yığıncaqda xalq yazıçısı Gülhüseyn Hüseynoğlu, teatrşünas Atababa İsmayıloğlu, filologiya elmləri namizədi Firidun Qurbansoy, oxucu Rafiq müəllim b. çıxış edərək görkəmli ədibin XX əsr Azərbaycan dramaturgiyasına təsirindən söhbət açmışlar. Qeyd olunmuşdur ki, qısa bir ömür yaşayan Cəfər Cabbarlı özündən sonra bir məktəb yaratmışdır. Onun ənənələri əsasında yaranan dramaturgiya böyük sənətkarın dram əsərləri ilə yanaşı, uzun müddət teatrlarımızın repertuarında özünə möhkəm yer tutmuş, bu dramaturgiyanın estetikası əsasında bir çox rejissor aktyor nəsli yetişmişdir.

Tədbirdə C.Cabbarlı şair, nasir, yazıçı ssenarist kimi yad olunmuşdur. İ.Əbilov adına Mədəniyyət Mərkəzində Mirəhməd Əsgərovun rəhbərliyi ilə fəaliyyət göstərən "Şəlalə" xalq çalğı alətləri ansanblının ifasında Azərbaycan bəstəkarlarının Cabbarlının sözlərinə yazdıqları "Azad bir quşdum", "Tellər oynadı", "Zalım yar" s. mahnılar maraqla qarşılanmış, ədibin məşhur "Ana" şeri ifa olunmuşdur.

Cəfər Cabbarlının qızı Gülarə xanım atası haqqında anasından eşitdiyi xatirələrini söyləmiş, məclisin iştirakçılarına təşkilatçılarına təşəkkürünü bildirmişdir.

Kitabxananın salonunda Cəfər Cabbarlının yubileyi münasibətilə "Vaxtsız qırılan ömür" adlı kitab sərgisi açılmışdır.

 

 

A.Xiləli

 

Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S.6.