Misir Mədəniyyət Mərkəzində

 

Bakıdakı Misir Mədəniyyət Mərkəzində Heydər Əliyev adına Müasir Təhsil Kompleksi musiqi məktəbinin müəllim heyətinin iştirakı ilə tanınmış Misir müğənnisi Umm Gülsümün bəstəkar Mühəmməd Əbdül Vahabın xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir. Məclisi Mərkəzin direktoru Prof. Dr. Adel Dərviş açaraq hər iki sənətkarın həyat yaradıcılığı, ərəb dünyası mədəniyyətinə təsirlərindən söhbət açdı. O bildirdi ki, sonralar Umm Gülsüm təxəllüsü ilə tanınan Fatima İbrahim Baltaçı Mənsurə şəhəri yaxınlığında kiçik bir kənddə, kasıb ailədə anadan olmuşdur. 13 yaşından başlayaraq dini şeirlər ifa edən atasının dəstəsi ilə pay-piyada gəzərək nəğmələr oxuyurdu. Gözəl səsi mükəmməl ifası onu tez bir zamanda Şərq ulduzuna çevrildi. Çünki müğənni özünə repertuarına məsuliyyətlə yanaşmağı bacarırdı. O, ifaları vaxtı başına çalma bağlayır, milli ərəb paltarı geyirdi. Repertuarına qüdrətli şairlərin əsərlərini daxil edirdi. şəhər-şəhər, oba-oba gəzib konsertlər verən bu müğənni qızı hətta müharibələr gedən bölgələrdə belə görmək olardı. Tanınmış ərəb şairləri ilə yanaşı, Şərqin böyük dühalarından biri olan Ömər Xəyyamın da rübailərini repertuarına daxil etmişdi. 6 filmə çəkilən müğənni özünə bəstəkar seçməkdə həssas idi. Bu tələbkarlığın sənətə ciddi münasibətin nəticəsi idi ki, ərəblər onu ürəkdən sevirdilər. Onun haqqında deyirdilər ki, ərəblər onun səsinə toplaşdıqları qədər heç yerə yığışmırlar.

Mədəniyyət mərkəzinin direktoru sonra bəstəkar Mühəmməd Əbdül Vahab haqqında məlumat verdi. Bildirdi ki, 1902-ci ildə anadan olan bu bəstəkar dini bir ailənin övladı idi. O, musiqi təhsili almış, ərəb musiqisinə bir çox yeniliklər bəxş etmişdir. İlk olaraq ərəb musiqisinə violençeli gətirmişdir. Onun xidməti nəticəsində fleyta, piano, balalayka, akkordion s. Avropa musiqi alətləri ərəb musiqisinə daxil edilmişdir. Ötən əsrin 20-ci illərindən ömrünün sonunadək ərəb musiqi aləmində aparıcı simalardan biri olan Əbdül Vahab ömrünün sonunadək yeniliklər etməkdən çəkinməmişdir. Bəstəkar kimi dünya musiqisinə yol açan Əbdül Vahab qədim, milli ərəb musiqisinə hörmətlə yanaşmışdır. O, 1964-cü ildə Umm Gülsümlə tanış olmuş, onların birgə yaradıcılıq əlaqələri ərəb musiqi sənətini daha da zənginləşdirmişdir.

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Sabir Abd əl-Qadir yığıncaq iştirakçılırını tədbirdə iştirak edən İraqın, İordaniyanın, Mərakeşin respublikamızdakı səfirlərini salamladıqdan sonra Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 39 saylı musiqi məktəbi kollektivinin ifasında Mühəmməd Əbdül Vahabın əsərləri, eləcə müğənni Mehrinin ifasında Umm Gülsümün repertuarında olan bəzi mahnılar ifa olundu.

Musiqiləri pianoda Elnarə Məcidova, Şəlalə Əhmədova, tarda Rüfət Həsənov, kamançada Mehri Əmənullayeva ifa edirdilər.

 

 

A.İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S.6.