"Müqəddəsdi
torpağımız, Azərbaycan!..
Sən
əbədi bir ocaqsan, Azərbaycan!
Yaşadıqca
yanacaqsan, Azərbaycan!
Beşiyin
bir ana qoynu,
Doğma,
isti bir qucaqsan, Azərbaycan!
Ruhum
mənim, laylam mənim, Azərbaycan!
Bu
dünyada dünyam mənim, Azərbaycan!
Bu
dağ mənim, o dağ mənim vətənimdi,
Tüstülənən ocaq mənim vətənimdi.
Sərhəd-sərhəd
bölübdülər,
Bölünəmyən torpaq mənim vətənimdi.
Sən
mənimsən, mən də sənin, Azərbaycan!
Övladıyıq
bir vətənin, Azərbaycan!
Zaman!
Səs ver, bu günlərin harayına,
Xan
Arazın, Ana Kürün harayına.
Biz
çatmasaq, kim çatacaq
Qaçqınların, köçkünlərin
harayına?!
Sən
arxasan, sən dayaqsan, Azərbaycan!
“Qalx”!
- deyəndə, qalxacaqsan, Azərbaycan!
Gəmilərin
göy Xəzərdə üzər keçər,
Şahinlərin səmalarda süzər keçər.
Körpülərin,
binaların
Paytaxtımı yollar boyu bəzər keçər.
Keçmək
olmaz amma səndən, Azərbaycan!
İşıq
alır dünya səndən, Azərbaycan!
Bir
nəğməsən, oxuyuram bu torpaqda,
"Can!"
- dedikcə can duyuram bu torpaqda -
Ey
ilhamlı səhərlərim,
Sən ki varsan, mən də varam bu torpaqda.
Yellənəcək
bayrağımız, Azərbaycan!..
Müqəddəsdi
torpağımız, Azərbaycan!..
7.02.2009
Mircəlallaş
Əlli
ildi zəng vururam, -
bir
telefon nömrəsi var;
Danışanın
nəfəsində
Mir Cəlalın nəfəsi var.
Xəzər
mavi pərdəsiydi
pəncərədə tül yerinə;
Xeyirxahlıq
əkilirdi
dibçəklərdə gül yerinə.
Bir
səs daim pıçıldadı, -
get,
halallaş, dedi mənə.
Mir
Cəlalla hər görüşün
Mircəlallaş
dedi mənə.
Desəydilər,
ay Mir Cəlal,
yaxşı iş var filan yerdə,
Deyəsiydi,
adam gəzmə,
Həsənzadə olan yerdə.
Baş
nazirin referenti! -
bu da
"Tanrı töhfəsiydi".
“Nərimandan
yaxşısını
mən
görmürəm” - deyəsiydi.
Bir
laborant yeri də var, -
soruşmamış kafedranı;
deyəsiydi, iş axtarır,
tapın
bizim Nərimanı…
İnsan nədir? - adi bəşər,
dünya
nədir? - xeyir və şər.
Gördüm
insan dahiləşər,
haqqı
tapar haqq yanında.
Ağıllı
baş, isti nəfəs,
bir
yaxşı dost kim istəməz?!
Desələr
tələsmə,
tələs, -
bir
bağ da sal bağ yanında.
Nəriman,
sözlərin haqdı,
İmam nəsli bir ocaqdı.
Deyirsən
Mir Cəlal dağdı,
dağ
ol sən də dağ yanında.
21.03
2009
Uçun…
Milli Aviasiya
Akademiyasının professoru, görkəmli təyyarəçi
Rauf Cəfərzadəyə və təyyarəçi
oğlanlarına
Rauf
uçur, Toğrul uçur, Tural da uçur, -
qartal
uçuş öyrədirdi balalarına.
Üfüqlərdən-üfüqlərə
xəyal da uçur,
sağ-salamat qayıtsınlar yuvalarına.
Tanrım
özü hifz eləsin qoy sizi gözdən,
uçun,
oğlum, yaxın bizim, uzaq bizimdi.
Xocalının
üstən uçun, Şuşanın üstən,
sərhəd bizim olmasa da, torpaq bizimdi.
Hansı
millət yaşayıbdı yurdundan ayrı,
ya
müqəddəs qəm deyirik, o nədən oldu?!
"Mən
yerə enməm də!.." - dedi səma
şairi,
deyin, Cavid,
gözün aydın, yer Vətən oldu.
Uçun,
oğlum, kəsin göydə bəndi-bərəni,
yerdə
kölgə salmasınlar od-ocaq üstə.
Azərbaycan
oğulları, uçmaq öyrənin,
səngər-səngər çox süründük biz torpaq
üstə.
Yer
altından üzə çıxdı nizələr-oxlar,
yer
altının çox pozuldu qədim yuxusu.
İmzasını
daşa yazdı tarix babalar,
siz
tarixi göyə yazın, ordan oxunsun.
Rauf
uçur, Toğrul uçur, Tural da uçur, -
qartal
uçuş öyrədirdi balalarına.
Üfüqlərdən-üfüqlərə
xəyal da uçur,
sağ-salamat qayıtsınlar yuvalarına.
Vətən bizimdi
Qalxdı
gəncəlilər ayağa bir gün,
qoşunlar sarıldı yarağa bir gün.
Tarixçi
yazacaq tarixi bir gün,
bölünməz vətən var, vətən bizimdi.
Döyülən
bizimdi, döyənlər bizim,
söyülən bizimdi, söyənlər bizim.
"Gəncəni qoruyun!" - deyənlər
bizim,
"Gəncəni bombala!" - deyən bizimdi.
Baisi
kim oldu dava-dalaşın? -
üstə silah çəkdi qardaş-qardaşın.
Mənim
göz yaşımdı, sənin göz yaşın,
bu
yaşı tökdürən, tökən bizimdi.
Oğul
əl qaldırır öz anasına,
lənət bu dünyanın bu vəfasına!
Göylər
daş yağdırsın daş yuvasına,
düşmən dedikləri "düşmən" bizimdi.
Şah
Abbas məscidi ocaqdı, zalım,
Nizaminin ruhu oyaqdı, zalım.
Qanımız
tökülən torpaqdı, zalım,
Bu yer qarış-qarış öyrən, bizimdi.
1993
Hörük çəkən
fəhlədən giley
Dedim
bu ev nədir, bu bina nədir?!
Ən
yeni texnika əlinizdədir,
amma
tikdiyiniz bir şeyə dəymir.
Qısaca söylədim fikrimi, qərəz.
O da
öz fikrini dedi müxtəsər:
-
Puşkinin lələklə yazdığı əsər
Hələ köhnəlməyib, məncə, təzədir.
Ən
yeni kompyuter əlinizdədir,
amma
yazdığınız bir şeyə dəyməz.
Gördüm yox, bu giley, gileyə dəyməz.
Rəy
Oxucu
neyləsin, qardaş,
söz
de, sözçülük olmasın,
Yəni,
söz çürük olmasın,
söz
- çilik-çilik olmasın.
Sözü
deyəndə fəhm ilə,
özün də sərf-nəhv ilə
Millət
yazıqdı, rəhm elə,
bunca
küyçülük olmasın.
Özündən
razı qalırsan,
bizi
narazı salırsan.
Bir çal görək, nə çalırsan?
zurnan
züyçülük olmasın.
Kaş
Xəstəxana
həyatının
öz
ağrısı, öz acısı,
Ağacdələn
quşu kimi
iynələyir tibb bacısı.
Qan
götürür damarımdan,
asta-asta,
yavaş-yavaş,
bir əsgərin
yarasına
qanım
məlhəm olaydı kaş!
Münhen, xəstəxana
2007
Heyrət
İnsanlar
gör necə heyif olurlar,
türklər düz deyibdi: "qeyb" olurlar.
Sağına
baxırsan - sağında yoxdu,
soluna
baxırsan - solunda yoxdu.
Olub,
ya olmayıb?!
ağlında yoxdu,
qoluna
girdiyin qolunda yoxdu.
Ayılıb
görürsən yanın boş qalıb,
qulaq həsrət
qalıb, göz çaş-baş qalıb…
“Sara” şeirlərindən
Yoxdu
Soruşdum
dünyada kim var?
- dedilər ölüm-itim var;
Adlı-sanlı
bir yetim var,
atası-anası yoxdu.
O
dağ sənin, bu dağ mənim,
yol-iz sənin,
ayaq mənim.
Səs
sənindi, qulaq mənim,
hanı
bəs,
sədası yoxdu.
Üşümürmü üzün orda?
Gecəynən-gündüzün orda.
Adın
burda, özün orda,
Bəs deyirlər, yazı yoxdu?!
Yaşatdım
əhdi-peymanı,
gördüm yaxşıynan-yamanı.
Dünyanın
-
var Nərimanı,
dünyanın Sarası yoxdu.
27.01.2008
Dünya aldadırmış
Deyirdim,
həyatda bircə xanım var,
bir də
bir kişi var, sənə yaraşan.
İndi
nə xatirə danışanım var,
nə
süfrə başında mənə sataşan.
Taleyim
mərhələ-mərhələ verdi
səninlə keçdiyim yolu-izi də.
Bu
dünya bizimlə əl-ələ verdi,
dünya
aldadırmış ikimizi də.
Yüz
qızın içindən seçdim bir qızı,
yüz
qəbrin içində bir qəbirim var.
Aylar
həsrətiyəm, illər ayrısı, -
ya
daşdı ürəyim, ya səbirim var?!
Tək qoyma məni
Yer
üzü səhradı, dərdiş,
Səhrada tək qoyma məni.
Dünya
köçə-köç yeridi,
Dünyada tək qoyma məni.
Gün
yandırır bu səhrada,
Sən atlısan, mən piyada.
Sən
qabaqda, mən arxada -
Arxada tək qoyma məni.
Dünya
kimə miras qalıb,
Bəlkə bir ehtiras qalıb?
Üzüb
çatmışam, az qalıb,
Dəryada tək qoyma məni.
Alqış
gedir, tərif gedir,
təriflərdə təhrif gedir.
Yanımca
yüz hərif gedir,
sırada
tək qoyma məni.
Bilmirəm
Ürəyim
ağrıyır, həkim,
onu
qoruya bilmirəm.
Alnıma
yazı yazılıb, -
nədir,
oxuya bilmirəm.
Qəm
gəlir qəmin üstünə,
tək
düşür cəmin üstünə.
Daha
sinəmin üstünə
əlimi
qoya bilmirəm.
Ürəyim
tükdən asılıb,
yük
olub, yükdən asılıb.
Sağım
çürükdən asılıb, -
gah bilirəm,
gah bilmirəm.
Bir
səs dəyir qulağıma,
ilişirlər ayağıma.
Tülkü
çıxır qabağıma,
tülküsən, - deyə bilmirəm.
2008
Dünyaya həsrət
İlahi,
bu dünya necə gözəldi,
ay
günə həsrətdi, gün aya həsrət.
Göy
qara məxmərdi, üstə şamları,
göy
yerə həsrətdir, yer göyə həsrət.
Yağış
leysan tökür, ara verməyir,
maral
kürəyini yerə verməyir.
Vaxt əvvəl verəndə, sonra verməyir.
yaz
qışı izləyir, qış yaya həsrət.
Bulaqlar
qaynayıb, axır şırhaşır,
dünya
pıçıltıyla dinib-danışır.
Sel-selə,
arx-arxa gedib qarışır,
çay-çaya tökülür, dəryaya həsrət.
Nəriman,
yaş ötür, ömür azalır,
tələsmə, tələsən arxada qalır;
Yenə
sənin gözün dünyada qalır,
dünyada qaldıqca dünyaya həsrət.
Xəstəxana
25.04.1997
Gülüşlər
İlahi, o necə gülüşlər idi? -
bir sinədolusu
o "Şüştər" idi.
Bir
şahin qıyyası,
bir kəklik
səsi,
dünyanın sonuncu bir möcüzəsi,
qadının Allahlıq iddiasıydı,
özünü gülüşlə odduyasıydı.
Elə
bil buz üstə od ələyirdi,
bir
yandan təbiət, bir yandan özü.
O
gülüş - şıdırığı rəqs eləyirdi,
oynayan
özüydü,
əl
çalan özü.
Bilmədim,
kiminsə o bənzəriydi, -
hansı
döyüşünsə cəngavər qızı!
O
özü-özünün şah əsəriydi,
Tanrı bu heykəlin tamaşaçısı.
Gözünə
baxmışam
Bu
dünya əzəldən tərs-avand olub,
dünyaya gələndən işim and olub.
Adını
çəkmişəm, dilim qənd olub,
qənd
tez əriyəndi, ay sənə qurban.
Hüsnün
qarşısında ağıl neyləsin,
cavan tab
gətirmir, ahıl neyləsin?
Pis
adama dost ocağı neyləsin? -
adam
şərriyəndi, ay sənə qurban.
Sənə
söz demişəm, söz vurmamışam,
bəlkə bir naxışı düz vurmamışam?
Gözünə
baxmışam, göz vurmamışam,
gözüm səyriyəndi, ay sənə qurban.
Hardasan
Soruşmaq
ayıb olmasın,
hardasan,
gözə dəymirsən?
Yolun
düşəndə bu yana,
yolüstü bizə dəymirsən.
Sənə
ümid bağlayıram,
özümə gün ağlayıram.
"Acam",
pəhriz saxlayıram,
gəlib
pəhrizə dəymirsən.
Necə
gəzim bağı sənsiz,
sən
gəzən oylağı sənsiz.
Təkəm
- dedim axı, sənsiz,
niyə
sənsizə dəymirsən?
Deyilmiş
Gəlib
çatdım yetmiş beşə,
Düşdüm neçə keşməkeşə.
Hayıf
- dedim mən yetmişə,
Bu yaş o yaşdan deyilmiş.
Açılan
gördüm bükülür,
Tikilən
gördüm sökülür;
Dağlar
ələnir, tökülür,
Daş özü daşdan deyilmiş.
Deyirlər
insan kölgədir,
Gün batanda, kölgə itir.
Qalan
ya sözdü, ya fikir,
Yaşayan ad-san deyilmiş.
Adəmdən,
Həvvadan bəri
Aldadır bəşər-bəşəri.
Gözümlə
gördüm məhşəri,
İnsan heç insan deyilmiş.
Gəlib
bu yaşa çatmışam,
Ağır yuxuda yatmışam.
Yatan
divi oyatmışam, -
O da Nəriman deyilmiş.
17.02.2007
Həsrət
"Biri vardı, biri
yox"
N.Kəsəmənli
İkisi
də var idi,
O
Davud, o da Nüsrət.
Ulduz
kimi söndülər,
xatirəyə döndülər.
Biri
ataya həsrət,
biri
anaya həsrət.
Vətəndə
vətən idi,
millət
yanında millət, -
o Davud,
o da Nüsrət.
Onun
nəvəsi oldu,
bunun
oğlu tutuldu.
Biri
nəvəyə həsrət,
biri
oğula həsrət.
Davud
yağışa düşdü,
fikirliydi
zavallım.
Əyləci
saxlayınca,
vaxtı
saxladı, zalım.
Cavanşiri*
oyatdı,
özü əbədi yatdı.
Gözləyirdim
Nüsrəti,
gözlərimdə xiffəti.
Yola
saldım İrana,
tabut
döndü bu yana.
Nüsrət
Davuda həsrət,
Davud Nüsrətə həsrət.
Yer
üstü,
yer
altına -
iki həsrətə
həsrət.
* Eyni adlı romanın
baş qəhrəmanı (red.) 2008
Şah xanası
Yerdə
münasibətlər,
yerdə
iddia, qərəz.
Yalan
sözdü ki,
Yalan
ayaq
tutar, yeriməz.
Yalan-yalandı
gerçək,
and desən,
and içəcək,
vəd
desən, vəd verəcək,
sonra
möhlət verəcək,
o qədər
yeriyəcək, -
düzü bada verəcək.
Əyri düz görünəcək.
Aya,
ulduza yazdım, -
Tanrım,
sənin töhfəni;
Yerdə
sürünənlərə
tapşırma Tanrım, məni.
Görmək
istədiyimi
görmürəm,
yasaq
olub.
Sən
göydə mənə yaxın,
o yerdə,
uzaq
olub.
Mən
şahmat taxtasının
bəlkə piyadasıyam? -
Ancaq
Şah xanasında
gedib
dayanasıyam.
2003
Verəydi
Kaş
dünyaya mən təzədən gələydim,
Kaş Allahım mənə səni verəydi.
İtirdiyim
bir gözəli tapaydım,
əvəzsizin -
əvəzini verəydi.
Yol
verəydi - yolda məni saxlayan,
qan verəydi
- qanadımı oxlayan,
rəhm
edəydi - kitabımı bağlayan,
qopartdığı səhifəsini verəydi.
Həyat - bəlkə mən çəkdiyim
zülümdü?
üzü gülür,
özü amma zalımdı.
Tək
yaşamaq azadlığı ölümdü,
cüt yaşamaq qəfəsini
verəydi.
Nəriman Həsənzadə
Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S.5.