Muğam Mərkəzi beynəlxalq status aldı

 

Azərbaycan Nazirlər Kabineti, Bakı şəhərində fəaliyyət göstərən Muğam Mərkəzinin Beynəlxalq Muğam Mərkəzi adlandırılması barədə qərar qəbul edib.

Qərar, Azərbaycan muğamının bəşəriyyətin şifahi qeyri-maddi irsinə dair YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi, habelə muğam sənətinin qorunması, zənginləşdirilməsi, təbliğ edilməsi, bu ifaçılıq növünə diqqət qayğının artırılması məqsədi ilə Mədəniyyət Turizm Nazirliyinin təklifini nəzərə alaraq imzalanıb. Həmçinin Nazirlər Kabinetinin qərarı ilə, Beynəlxalq Muğam Mərkəzi Mədəniyyət Turizm Nazirliyinin tabeliyinə verilib.

Qərara əsasən, Beynəlxalq Muğam Mərkəzinin saxlanılması xərcləri 2010-cu ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca nəzərdə tutulacaq.

 

 

Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S.8.