Bölmələrdə: Aran
Yazıçılar Birliyi Aran bölməsinin və rayon Ziyalılar Cəmiyyətinin təşkilatçılığı
ilə iyulun 4-də Saatlıda şair-publisist Qənbər
Əhmədlinin 60 illik
yubileyi qeyd olundu. Mərasimi rayonda çıxan
"Dönüş" qəzetinin
baş redaktoru, əməkdar mədəniyyət
işçisi Qaçay
Əhmədov açdı.
Tədbirin aparıcısı,
bölmənin sədri
Sərvaz Hüseynoğlu
Q.Əhmədlinin bölgənin
ədəbi həyatında
fəal iştirakından
söz açdı. İlin ən yaxşı müəllimi
respublika müsabiqəsinin
qalibi, Bəylər kənd orta məktəbinin direktoru Zakir Əminov şairin həyat və yaradıcılığı
haqqında məruzə
ilə çıxış
etdi.
AMEA-nın müxbir
üzvü, millət
vəkili Nizami Cəfərov, Milli Məclisin deputatı Gülhüseyn Əhmədov,
xalq şairi Söhrab Tahir, professor Vaqif Arzumanlı, tanınmış
şair İlyas Tapdıq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin regional koordinatoru Vilayət Muradlı, Sabirabad rayon İcra Hakimiyyətinin humanitar məsələlər üzrə
müavini, şair Şahnaz Babayeva, rəssam Sürəyya, əməkdar müəllim,
rayon ziyalılar cəmiyyətinin sədri
Heydər Heydərov, BDU-nun müəllimi Mübariz Azərbaycanlı,
şairlərdən Vəli
Xramçaylı, Şahismayıl
Adıgünlü, Şəmsi
Qoca çıxış
edərək ölkəmizdə
dövlət səviyyəsində mədəniyyətin,
ədəbiyyatın inkişafına
göstərilən qayğıdan,
bu münasibətin bölgələrdə ədəbi-mədəni həyatın
inkişafına təsirindən
söz açdılar,
Qənbər Əhmədlinin
"Taleyin qisməti",
"Nahaq qan batmır", "Gomuşçu
kəndinin əhvalatları", "Bir ömrün
salnaməsi", "Şuşa
həmin Şuşadır"
və s. kitablarında təqdim edilən əsərlərin
vətən, yurd sevgili qayəsindən danışdılar, Saatlı
RİH başçısının təbrik məktubu oxundu. Çıxış
edənlər yubilyarın
rayonun mədəni həyatındakı rolu
üzərində xüsusilə
dayandılar.
Sonda Q.Əhmədli çıxış edərək tədbirə qatılan ziyalılara, onun yaradıcılığını dəyərləndirən qələm dostlarına minnətdarlığını bildirdi, yeni şeirlərini oxudu.
***
Bölmənin və
Ziyalılar Cəmiyyətinin
təşkilatçılığı ilə Saatlıda yaşayıb-yaradan şair-publisist Şahismayıl
Adıgünlünün də
60 yaşı qeyd olundu. Ümumdünya Qaçqınlar günündə
keçirilən tədbirdə
Axıska türklərinə
qarşı törədilmiş
dəhşətli cinayətlərdən söz açıldı, Şahismalıyı Adıgünlünün
bir qələm adamı olaraq bu tarixi mövzuya
sədaqətli olmasından
danışıldı. Saatlı
rayon mədəniyyət
və turizm şöbəsinin müdiri
Azər Həsənov,
"Dönüş" qəzetinin
baş redaktoru Qaçay Əhmədov, AYB-nin Aran bölməsinin
sədri
Sərvaz Hüseynoğlu,
şairlərdən Qəmbər
Əhmədli, Qalib Bayram, Axıska türkləri "Vətən"
cəmiyyətinin bölgə
rəhbəri Fəzli Əşrəf, əməkdar
müəllim Heydər
Heydərov, rəssam Sürəyya Zeynalova, Varxan kənd orta məktəbinin direktoru Lətif Məlikov, əməkdar mədəniyyət
işçisi, şair
Cabir Xalidov yubilyarın yaradıcılıq
məziyyətlərindən söz açdılar.
Sonda Ş.Adıgünlü tədbir
iştirakçılarına öz minnətdarlığını
bildirdi, Axıska türklərinin taleyini qələmə almağın
vətəndaşlıq borcu
olduğunu vurğuladı.
S.Əsgərli
Ədəbiyyat qəzeti.-2009.-10 iyul.-S.8.