Abidəyə ehtiram
Xırdalan şəhərində üç
əsrin şahidi olan, el arasında
İmambaxış hamamı
kimi tanınan tarixi abidə bərpa olunaraq təyinatı üzrə
işləməyə başlamışdır.
Özündə Şərq
memarlıq üslubunu
əks etdirən hamamın yarıdan çoxu torpağın təkindədir. Döşəmədən
qızdırılan hamam
1887-ci ildə kənd
sakini Məşədi
İmambaxış tərəfindən
tikdirilmiş, uzun müddət xırdalanlıların
və ətraf kəndlərin karına gəlmişdir.
Hamamın sahibi Məşədi İmambaxış repressiya
olunaraq 1937-ci ildə sürgün edilmiş, ondan sonra hamam
Xırdalan kolxozunun balansına keçirilmiş,
ötən əsrin
60-ci illərinin sonuna
kimi işləmişdir.
Lakin sonradan hamam fəaliyyətini dayandırmış, tədricən
uçulub dağılmağa
başlamış, içərisi
məişət tullantıları
ilə doldurulmuşdur.
Bu günlər əslən xırdalanlı
olan Ağabala Xalıqov öz hesabına hamamı yenidən bərpa etdirmişdir.
Açılış mərasimində
Abşeron rayon Mədəniyyət və
turizm şöbəsinin
müdiri İlham Manafov, Abşeron rayon İcra hakimiyyəti başçısının
Xırdalan şəhəri
üzrə nümayəndəsi
Fikrət Orucov, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
prorektoru Rafiq Sadıqov, yazıçı-publisist
Atababa İsmayıloğlu,
Xırdalan məscidinin
axundu Hacı Azər və başqaları çıxış
edərək hamamın
tarixindən söhbət
açmış, bərpaçının
xeyirxah əməllərini
savab bir iş kimi dəyərləndirmişlər.
Onlar bildirmişlər
ki, vaxtilə kəndin kənarındakı
quyu suyu ilə işləyən hamam, eyni zamanda
müalicəvi əhəmiyyət
kəsb edirdi. Bu su yel,
bəzi dəri - zöhrəvi xəstəliklərin
əlacı idi. Eyni zamanda saxta,
az ayarlı qızıl onun suyunda qaralırdı. Bu səbəbdən zərgərlər xırdalanlılara
və ona qonşu kəndlərlə
saxta qızıl satmırdılar. Onlar qeyd etmişlər ki, hamamın sahibi Məşədi İmambaxışın övladı
olmamışdır. Amma
üç əsrin yadigarı olan xeyirxah əməli onu övladdan artıq bir sədaqətlə yaşadır.
A.İsmayıloğlu
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.6.