Geriyə baxmağa dəyər

 

Firəngiz xanım Xəlil Rza Ulutürk irsinin görkəmli təbliğatçısı və Azərbaycan Neft Akademiyası İctimai elmlər kafedrasının əməkdaşıdı.

O, 1932-ci il dekabrın 31-də Bakı şəhərində, həkim ailəsində təvəllüd tapmışdır. Aşurbəyovlar nəslindəndir. 1941-ci ildə 132 saylı məktəbin 7-ci sinfini bitirmiş, 190 saylı məktəbdə təhsilini davam etdirmişdir.

1940-1941-ci illərdə Bakıda 6 saylı Bayıl musiqi məktəbində təhsil almışdır. 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. Təhsil illərində fakültə Tələbə Elmi Cəmiyyətinin sədr müavini olmuş, komsomol sıralarında ictimai işlərdə fəal iştirak etmişdir.

Firəngiz xanım 1957-ci ildə Xəlil Rza ilə ailə həyatı qurmuşdur. 1964-cü ildə Təbriz, 1965-ci ildə Rza dünyaya gəlmişdir. F.Xəlilova 1957-ci ildə Azərnəşrin 26-lar mətbəəsində kadrlar şöbəsinin rəisi olmuşdur.

Xəlil Rza 1957-ci ildə Moskvaya ikiillik Ədəbiyyat İnstitutuna oxumağa göndərildiyindən onlar 1957-1959-cu illərdə Moskvada yaşamışlar.

Firəngiz xanım 1967-ci ildə Xəlil Rza, İ.Şıxlı, S.Rüstəm, M.Vəliyev, İ.Hüseynov, Q.Qasımzadə, M.Gülgün və Balaş Azəroğlu ilə birlikdə ilk dəfə Türkiyəyə getmişdir.

1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında Elmi kommunizm kafedrasında laborant, bir ildən sonra assistent, 1971-ci ildən baş müəllim işləməyə başlamışdır.

1974-cü ildə Daşkənddə ixtisasartırma kursunda olmuş, fəlsəfə tarixi və alman dili fənlərindən minimum imtahanları vermişdir. O, dissertant kimi "Sosialist ailəsində yeni adət və ənənələr" mövzusunda namizədlik dissertasiyası yazmışdır. Lakin tədqiqatlarını davam etdirməmişdir. firəngiz xanım yazır: "Dissertasiyam demək olar ki, hazır idi. 1989-cu il hadisələri, evdə uşaqların narahatlığı, könüllü dəstələrin yaranması, nigarançılıqlar əlimi hər şeydən soyudurdu. Oğlum könüllü dəstəyə qoşulub Vətən torpağını qorumağa getdi. O biri oğlum əsgər oldu. Gözüm yollarda qaldı, qulağım səsdə, canımı qoymağa yer tapmırdım. Qəflətən oğlum Təbrizin şəhid olması xəbəri həyatımızı alt-üst etdi. Müdafiə işlərinə qayıda bilmədim".

1990- il 26 yanvarda Xəlil Rza siyasi baxışlarına görə həbs olunmuş, Moskvanın Lefortovo zindanına salınmışdır. O, guya milli ədavəti qızışdırdığına görə həbs edilmişdir.Firəngiz xanım həmin günlərdə Moskva-Bakı yollarında qalmış, bəraət alandan sonra Xəlil Rzanın müalicə olunması ilə əlaqədar olaraq Almaniyada, Türkiyədə Fransada olmuşdur. Şair dünyasını dəyişəndən sonra Firəngiz Ulutürk onun 40-a qədər kitabını nəşrə hazırlamışdır.

Xəlil Rzanın zəngin arxivi vardır. Onun ədəbi irsinin cüzi bir hissəsi çap edilmişdir. Lakin 200 cildə qədər əlyazması hələ nəşrini gözləməkdədir. Firəngiz xanım dövlət sərəncamları əsasında çap olunmuş kitablardan başqa, bütün əlyazmaları demək olar ki, öz vəsaiti Xəlil Rzasevərlərin şəxsi köməyi ilə nəşr etdirmişdir. O, usanmadan, yorulmaq bilmədən həyat yoldaşının şəxsi arxivini qaydaya salmış, bütün əlyazmaları makina səhifəsində cildlərə daxil etmişdir. Hər bir cild xronoloji ardıcılıqla arxivində yerini tutmuşdur. Firəngiz xanım gecəli-gündüzlü ömrünü Xəlil Rza irsinin qorunması, təbliği nəşri işlərinə sərf etmişdir. O 1994-cü ildən başlayaraq Xəlil Rzanın kitablarının tərtibi ilə məşğul olmuşdur. "Mən Şərqəm", "Bağışla, ey Vətən", "Azadlıq" (Türkiyə), "Uzun sürən gənclik", "Türkün dastanı", "Seçilmiş əsərləri" (I cild), "Mən onsuz da əbədiyəm", Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam əsasında "Seçilmiş əsərləri" (2 cilddə) şeir kitablarını tərtib edib nəşrə hazırlamışdır.

Xəlil Rza poetik tərcümə ilə ciddi məşğul olmuşdur. Firəngiz xanım şairin vəfatından sonra onun altı tərcümə kitabını çap etdirmişdir: Yusif Balasaqunlu "Qutadqu-bilik", N.Gəncəvi "Yeddi gözəl", "İsgəndərnamə". X.R.Ulutürk "Turan çələngi".

X.R. Ulutürk filolologiya elmləri doktoru olmuş, ədəbiyyatşünas-alim kimi fəaliyyət göstərmişdir. Firəngiz xanım onun vəfatından sonra "Sabir Rüstəmxanlı haqqında", "Ustadım Bəxtiyar Vahabzadə haqqında", "Rəfiq Zəka Xəndan haqqında", "Rəsul Rza həsrəti", "Mənə bənzə", "Ədəbi tənqid" s. kitablarını çap etdirmişdir.

Xəlil Rza haqqında zəmanəsinin görkəmli alimləri, müasirləri qiymətli elmi fikir söyləmiş, monoqrafiyalar yazmışlar. Firəngiz xanım Ulutürk həmin məqalə monoqrafiyalar əsasında "İlk Allahım, son Allahım mübarizə", "Müasirləri Xəlil Rza Ulutürk haqqında" kitablarını tərtib nəşr etmişdir. Bundan başqa o, həyat yoldaşı haqqında "Xəlil Rza kədərimlə qol-boyun" xatirə kitabını yazıb çap etdirmişdir.

Firəngiz xanım vaxtilə apardığı tədqiqatları əsasında "Təşviqatçı", "Ədəbiyyat incəsənət", "Xalq qəzeti" başqa mətbuat orqanlarında elmi məqalələri ilə çıxış etmiş, habelə, " Adət ənənələr" kitabını çap etdirmişdir. Onun ümummilli lider H. Əliyevin anası İzzət xanım haqqında "Analara nümunə olan ana", Polad Bülbüloğlu haqqında "Mahir ifaçı, yaradıcı bəstəkar", professor H.Hacıyevlə birlikdə "Afrika xalqlarının azadlıq uğrunda mübarizəsi", "Azad Əliyev", şairə Tamella Şəfəqin "Şeirlər" kitabı haqqında "Bir zərrə gözəllik", Xəlil Rza haqqında "Elə günüm olubmu ki...", "Mənim gecəm, gündüzüm" başqa məqalələri vardır.

Xəlil Rza 1962-ci ildən başlayaraq 1994-cü ilə qədər gündəliklər yazmışdır. Professor Əkrəm Cəfər onlara elmi-tarixi memuarlar qiymətini vermişdir. Bu memuarlar demək olar ki, yazı tarixi üzrə öz nəşrini tapmamışdır. Lakin Firəngiz xanım Ulutürk həmin memuarlar içərisindən seçim edərək bir sıra kitab nəşr etmişdir: Xəlil Rza Ulutürkün "Lefortovo zindanında", "Ustadım Əkrəm Cəfər", "Gəl, ey səhər", "Bir odlu gözləri, bir xoş səsi", "Həyat, həyat deyə çırpınan könül" kitabları bu qəbildəndir. Hazırda o, "Hüseyn Cavid" kitabını tərtib edərək nəşrə hazırlayır.

Bu sətirlərin müəllifi 2007-ci ildə arxiv materialları əsasında Xəlil Rza Ulutürkün "Eşqim, vəfadarım mənim" adlı xatirə kitabını tərtib edərək ona ön söz yazmış redaktorluq etmişdir. Kitabda şairin Firəngiz xanım haqqında yazdığı şeirləri, gündəlikləri, məktubları, həm Firəngiz xanımın Xəlil Rza haqqında yazdığı memuarları, məktubları, müraciətləri ərizələri toplanmışdır. Topluda Xəlil bəyin Frəngiz xanımın özləri, övladları gənclər haqqında fikirləri, habelə, elm, ədəbiyyat mədəniyyət xadimləri, qohum-qonşu, dostlar yoldaşlarının Firəngiz xanım haqqında düşüncələri ifadə edilmişdir. Bu toplu gəncliyi vətənə məhəbbət humanizm ruhunda tərbiyə etməyin əyani nümunəsidir.

Əlbəttə, Firəngiz xanım Ulutürkün Xəlil Rza irsinin qorunması, öyrənilməsi, təbliği nəşri sahəsində xidmətləri böyükdür. Onun əməyi xalqımız, dövlətimiz yaradıcı təşkilatlarımız tərəfindən yüksək qiymətləndirilmişdir. O, böyük zəhmətinə görə Həmkarlar İttifaqının "Araz" ali ədəbi mükafatına, Yazıçılar Birliyi Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin "Xəlil Rza Ulutürk" mükafatına, Cəfər Cabbarlı mükafatı komissiyasının "Xüsusi diplom"una, Rəsul Rza adına Ədəbiyyat fondunun "Rəsul Rza" mükafatına, Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür. Təbii ki, istiqlal şairmiz Xəlil Rza Ulutürkün fədakar qadını Firəngiz xanım Ulutürk daha böyük qiymətlərə layiqdir. Bu günlərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Firəngiz xanımın xidmətlərini nəzərə alıb təşəbbüs qaldırmışdır. İnstitutun 3 iyul 2009-cu il tarixli Elmi Şurasının iclasında onun filologiya elmləri doktoru fəxri adına layiq bilinməsi ilə bağlı məsələ qaldırılımışdır. İnstitutun direktoru akademik Bəkir Nəbiyev çıxış edərək bildirmişdir ki, bu fəxri ad Firəngiz xanımın əməyinə verilən yüksək qiymətdir. İnanırıq ki, o, bundan sonra da əzmkarlıqla çalışacaq, Xəlil Rza arxivinin hələ üzümüzə açılmamış çox səhifələrini üzə çıxaracaqdır. Biz onu ürəkdən təbrik edir ona yeni yaradıcılıq uğurları arzulayırıq.

İnstitutumuzun yaradıcı əməkdaşlarının təbrikinə qoşularaq mən Firəngiz xanımı sizi səmim-qəlbdən təbrik edirəm yorulmaz fəaliyyət diləyirəm.

 

Hörmətlə,

 

Əlizadə Əsgərli

 

Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.3.