Azərbaycan Yazıçılar Birliyinin
bəyanatı
Azərbaycan yazıçıları Çinin Sincan - Uyğur muxtar vilayətində son vaxtlar baş verən qanlı hadisələrdən narahatlıq keçirirlər. Bu ərazidə əsrlər boyu yaşayan uyğurlar da çinlilər kimi qədim mədəniyyətə malik xalqdır. Zaman-zaman uyğurlar və çinlilər arasında münasibətlərin gərginləşməsini istəyən qüvvələr bu iki xalqı bir-birinə qarşı qoymağa çalışmışlar. Bu günlərdə Sincan - Uyğur vilayətində baş verən, yüzlərlə insanın ölümünə səbəb olan qanlı hadisələr bizi sarsıtmışdır. Əsrlər boyu bir ərazidə iç-içə yaşayan xalqların bir-birinə qarşı faciəli hadisələrlə nəticələnmiş münaqişəsindən təəssüfləndiyimizi bildiririk.
Biz Çinin
dövlət strukturları
və hökumətinin
bu gərgin məqamlarda məsuliyyətli
və təmkinli addımlar atacağına
inanırıq. Əminik ki,
Çin hökuməti
münaqişənin tezliklə
normal müstəviyə qayıtması
üçün sivil
tədbirlər görəcək,
zorakılığa səbəb
olacaq hadisələrin
daha da gərginləşməsinin
qarşısını alacaq.
Bakı, 09.07.2009
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.1.