Rəvayətlər, gülməcələr
Peşə
Süleyman peyğəmbər taxıl
anbarındakı kəhrəbaya
bənzər buğdanı
eşən toyuq və xoruzlara yaxınlaşaraq soruşur
ki, siz burada
nə axtarırsınız,
nə əcəb buğdadan doyunca yeyib getmirsiniz. Toyuq və xoruzlar
qaqqıldaşaraq bir
xeyli gülüşdükdən
sonra dedilər: - Bizim eşələnməyimiz
aclığa görə
deyil, bu bizim peşəmizdir.
Üzlü qonaq
Rəvayətə görə
kasıbkarlıqla ağır
külfətini bir təhər dolandıran kəndli variymiş. Novruz bayramı axşamı qazan qaynatmaq üçün olan-qalanını verib ət alır
və arvadına deyir ki, dur
əti as (bişir). Çoxdandır
ki, dilinə ət dəyməyən külfət xörəyin bişməsini
səbirsizliklə gözləyirdi.
Arvad qazanı ocaqdan götürməyə
hazırlaşan məqamda
qapı döyülür.
Hamı bir-birinin üzünə baxır. fikirləşirlər ki, ət xörəyini qonaqla bölüşsələr,
ailə üzvlərinə
bir şey çatmayacaq. Belə qərara gəlirlər ki, ətin hamısını
qonağın qabağına
qoysunlar; o toxdursa, yeməkdən imtina edər, acdırsa, hər halda bir az
yeyib qalanını saxlayar, hamısını
yeməz. Sən demə, qonaq
çox sırtıq,
üzlü adam imiş. O, külfətin gözü baxa-baxa ətin hamısını
böyük iştahla
yeyib, qabı çörəklə siyirməyə
başladı. Bunu görən ailənin başçısı özünü
saxlaya bilməyib qəzəblə dilləndi:
- Yi da, niyə
yimirsən?
Qonaq, utanmaz-utanmaz ev sahibini süzərək qayıdır ki;
- A qada, həyindi nə yiyim, görmürsən qavda heş nə yoxdur?
Ev sahibi onun bu sözünə partladı:
- Ə, daa nə yiyəsisən? Məni yi, arvadımı yi, uşaqları yi, qavi yi!..
Hacı dayının sillə döyüşü
Hacı dayının pəzəvəng bir qonşusu olur. Bir dəfə mübahisə zamanı bu qonşu Hacı dayını camaat içində pərt eləmək üçün deyir:
- Bir can - cüssənə bax. Mərc gələk, əvvəl üç sillə sən mənə vur, sonra da bir sillə mən sənə vurum. Görək kim nə hala düşür. Sən heç kəsə pislik eləməmisən, sənin yerin bura deyil.
Hacı dayı deyir:
- Mən razı. Ancaq bu camaatın içində Qurana and iç ki, mən üç silləni vurub qurtarmayınca sən mənə əl qaldırmayacaqsan.
Pəzəvəng and verir. Bundan sonra Hacı dayı ona ürəkdən iki sillə vurub qırağa çəkilir.
Soruşurlar:
- Bəs üçüncüsü?
Deyir:
- Onu da kefim nə vaxt istəsə onda vuracağam.
Həbilə eliyirsooz da...
Bir şəkili dünyasını dəyişir. İnkir-minkirlər onu xeyli sorğu-suala tutduqdan sonra cəhənnəmin qapısına göndərirlər. Şəkili içəri girməkdən ötrü növbəyə dayanmalı olur və bu zaman arxadan onun yumşaq yerinə kimsə bir neçə təpik ilişdirir. Bundan inciyən şəkili qayıdır ki:
- Ə, həbilə eliyirsooz da, heş kim cəhənnəmə getmax istəmir...
Vaxt verim, amma...
Şəkili Zənqərəbağlu Əli dayı şəhərin sayılıb-seçilən
adamlarından hesab olunurdu. Arif adam idi.
Yeməkxana müdiri işlədiyi
vaxtlarda yanına tanımadığı bir
gənc gəlib ondan yüz manat borc istəyir.
Malımı danmayacağam ki...?!
Hacı dayı bir dəfə şıdırğı paraşüt satırmış. Küyə düşən alıcılar bir-birinə aman vermədən bu “mətahı” alıb gedir, Hacı dayı isə dil-boğaza qoymadan malını tərifləyir. Alıcılardan biri dükandan aralanmamış, nəsə fikirləşib geri qayıdır:
- Hacı dayı, deyirsən əntiqə maldı, hə?
- Bacı oğlu, mala pis deyənin ağzı əyilər!
- Bəs paraşüt birdən göydə açılmadı, onda neynim?
- Heç nə, dədə, gətir onu təhvil ver, başqasını al. Dünyanın axırı döyül, bir şey döyül, sən məni tanıyırsan, mən də səni. Malımı danmayacağam ki?!
Yaxşısı
hayıfdı, pisi ayıfdı
Bir gün Molla Nəsrəddin Hacı dayıdan soruşur:
- Siz şəkililər niyə başqa yerə qız vermirsiniz?
Hacı dayı deyir:
- Şəkililər haqq-hesablarını bilən adamlardır. Yaxşısını vermirlər ki, hayıfdı, pisini də vermirlər ki, ayıfdı.
Dədəm də o biri budaqdadı
Bir oğlan
qonşunun bağına
Oğlan tez cavab verir ki, narahat olma, dədəm də o biri budaqdadı.
Toplayanı və təqdim edəni: Hikmət Əbdülhəlimov
Ədəbiyyat
qəzeti.-2009.-17 iyul.-S.6.