Əkinçi qəzetində…

 

Aşkar görürük ki, xarici vilayətlərin adamları bizim vilayətimizə gəlib vilayət əhli müttəle olmayan şeylərin mübaliği-xatir dövlət cəm edib və mənfəət aparırlar. Bir firəngi tacirindən soruşsan ki, Qafqazın filan şəhərində nə şey əmələ gəlir, elm üzəri ilə onu elə bəyan elər ki, sən özün mat və mütəhəyyir qalusan. Amma o şəhərin əhlindən sual edəsən ki, kişi, sənin bağında neçə qism yemiş ağacı və nə qədər üzum, meyvə var, qətən deyəcəkdir: hesab eləməmişəm.

Firəngistan əhli zükur və ünasən üç-dörd müxtəlifə dillər ilə danışırlar. Amma müsəlmanlar içində savadlı olan adamlardan çox az tapılar ki, öz dilində bir dürüst məktub yazsın".

 

"Əkinçi", 5 oktyabr 1875-ci il

 

Ədəbiyyat qəzeti.-2009.-17 iyul.-S.1.