“Qobustan”ın yeni sayı
Bu
il "Qobustan" sənət toplusunun yaranmasının 40
illiyi tamam olur. "Qobustan"ın 2-ci sayı da bu
münasibətlə yazılan ön sözlə
başlayır. Öz yubiley ilində dərgi ona xeyir-dua
vermiş görkəmli şəxslərin - Məmməd
Arif, Rəsul Rza, Mirzə İbrahimov, Fikrət Əmirov,
Mikayıl Abdullayev, Niyazi, Qəmər Almazzadə, Şövkət
Məmmədova, Adil İsgəndərov, Rauf Hacıyev və
Hökümə Qurbanovanın ürək sözlərini bir
daha yada salır. "Qobustan"ın ilk redaktoru Anarın
11-il əvvəl yazdığı "Ömrün
"Qobustan" illəri" məqaləsində toplunun
yaranma günlərindən və sonrakı 20 illik
dövründə baş verən bir çox mühüm məsələlərdən
bəhs olunur.
"Qobustan"ın
2-ci sayında görkəmli sənətkarlarımızın
yubiley məqalələri də diqqəti çəkir. Onların
sırasında görkəmli ədib Cəfər Cabbarlının
anadan olmasının 110 illiyi ilə bağlı
Gülçin Kazımovanın "Cəfər Cabbarlı və
Azərbaycan kino sənətinin təşəkkülü",
Ələkbər Salahzadənin "Cəfər
Cabbarlı" şeri, tanınmış bəstəkar Asəf
Zeynallının 100 illiyinə sənətşünaslıq
namizədi Mehriban Əhmədovanın "Həmişəyaşar
bəstəkar", XX əsrin ikinci yarısında
dramaturgiyamızın yükünü çiyinlərində
daşımış İlyas Əfəndiyevin 95 illiyi
münasibəti ilə Vəfa Xanoğlanın
"Yazıçı üçün dil onun ürəyinin
aynasıdır" məqaləsi, Vaqif Səmədoğlunun
70 illiyi ilə əlaqədar "Mühit içində, təpədən
dırnağa kimi ümid içində" təbrik
sözü və yubilyarın şeirləri, İlqar Fəhminin
Çingiz Abdullayevin 50 illiyinə "Çağdaş
dedektiv romanlar ustası" və Çingiz Ələsgərlinin
"İlham Namiq Kamal - 60" adlı qeydləri var.
Bu sayda musiqi sahəsinə geniş yer verilmişdir. AMEA-ın müxbir üzvü Zemfira Səfərova "Müstəqillik dövründə Azərbaycan musiqisinə bir baxış", Elnur Əhmədov "Süleyman Ələsgərovun "Tarantella" pyesi", İmrus Əfəndiyeva musiqişünas Şəhla Mahmudovaya həsr etdiyi "İstedadlı musiqişünas alim", Mənsum İbrahimov xalq artisti Arif Babayevin yaradıcılığından söhbət açan "Qarabağdan ucalan səs", Elçin Həşimov "Azərbaycan xalq əmək mahnıları", Aydan "Evrovision-2009" məqalələri ilə çıxış edir. Teatr sahəsini isə Turan Şükürovanın "Absurd teatr", Sevda Ağayevanın "Kaspi" qəzetində teatr məsələləri" məqalələri təmsil edirlər.
Sara Oğuz Nəzirovanın "Küləyə söykənmiş palitra". Ziyadxan Əliyevin "Şaxəli yaradıcılıq yolu", Məlahət Nəcəfovanın "Azərbaycanda yaşayış mühitinin yaranması və inkişafını səciyyələndirən əsas mərhələlər" yazıları təsviri sənət və memarlıq barəsindədir.
İmamməddin Zəkiyev "Naməlum "Hesabat"ın məlum mətni" araşdırmasında XV əsrdə Heratda saray kitabxanasının rəisi olarkən Səfər Təbrizinin dövlət başçısına - Teymurun nəvəsi Baysunqur Mirzəyə yazdığı "Hesabat" haqqında məlumat verir və onun mətnini dərc etdirir. "Hesabat"da bir çox sənətkarların adları açıqlanır və onların hansı sahəylə məşğul olması diqqətə çatdırılır.
Mehriban Sultanın "Mənəvi varislik haqqında" məqaləsində isə akademik İsa Həbibbəylinin Cəlil Məmmədquluzadənin əsərlərinin təbliği sahəsindəki xidmətləri açıqlanır. Sənətşünas Səyyarə Namiqqızı "Milli irsin qorunması" araşdırması da dərginin bu sayında yer alıb.
Yeni sayda Ağasəfanın "Şəhərdə" poemasını da oxumaq olar. Jurnalın üz qabığında və son səhifəsində rəssamlardan Tofiq Cavadovun və Rafiq Quliyevin müxtəlif mövzulu işləri verilmişdir.
A.İsmayıloğlu
Ədəbiyyat qəzeti.-2009.-17
iyul.-S.5.