Varlığın 150-151-ci saylarında

 

Görkəmli alim, doktor Cavad Heyətin rəhbərliyi ilə işıq üzü görən "Varlıq" dərgisinin hər bir nömrəsi oxucular tərəfindən böyük maraqla qarşılanır bu da təsadüfi deyil. Jurnalın indi sizlərə təqdim edilən 2008-ci ilin payızında çap olunmuş 150-151-ci nömrələrində ədəbiyyatımız, tariximiz s. məsələlərlə bağlı mühüm məsələlərə toxunulmuşdur.

Üz qabığında Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin şəkli verilmiş bu dərgidəki yazılar əski latın qrafikalı Azərbaycan əlifbası ilə yanaşı, həm fars dilində təqdim olunur.

Dərgidəki ilk yazı doktor Cavad Heyətin "Səhər" proqramına verdiyi müsahibə ilə bağlıdır. Alim bu müsahibədə Şimali Azərbaycan ədəbiyyatı XX əsrin bir neçə görkəmli şairi - Hüseyn Cavid, Səməd Vurğun, Süleyman Rüstəm Bəxtiyar Vahabzadədən söz açaraq onları millətə, Vətənə bağlı böyük şairlər kimi təqdim edir. Xüsusilə B.Vahabzadədən danışarkən deyir: "O, şeri insan içində yanan alovlu bir atəşə oda oxşadır. Əsrin nəbzi şerin ahəngində atmalıdır, belə bir şeir Vətən millət sevgisi ilə, milli mədəniyyət eşqi ilə dolub-daşmalıdır.

Ona görə hər şey vətənsiz yaşar, amma şair vətənsiz millətsiz yaşaya bilməz. Şair haqq həqiqət yolunda savaşan, cibi boş, qəlbi dolu insandır. Vətən millət yolunun Məcnunudur".

Dərginin 150-ci nömrəsində daha sonra Məhəmmədəli Fərzanənin fars dilində "Bayatılar Azərbaycan folklor ədəbiyyatının xəzinəsidir", Qulamrza Quşçinin "Azərbaycan mühacirət" başlıqlı məqalələri yer almışdır. Həmçinin bu nömrədə doktor Əziz Mohseninin "Ədəbiyyat nədir?", Həmid Məcidzadənin (Savalan) "Bir yurd, bir şair, iki kitabı", filolgiya elmləri namizədi Şəkər Orucovanın "Türk dillərində etnonimlər", Nəbi Kəbutəryanın "Aşıq sənətinin tarixi", Əhməd Xatəminiyanın "Aşurada bir röya adası", Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlunun tərcüməçi Səid Əhmədzadə Ərdəbili tərəfindən fars dilinə tərcümə olunmuş "Azərbaycanda roman ədəbiyyatının tarixinə bir baxış", Gülnarə Alıyevanın "Azərbaycan Türkiyə türkcəsi ağızlarında zaman", Aynel Məşədiyevanın "Qədim türk müasir türk dillərində hal sisteminin oxşar cəhətləri" başlıqlı məqalələri oxuculara təqdim olunur.

"Varlığ"ın 150-ci nömrəsinin sonunda üz qabığında da qeyd olunduğu kimi, Azərbaycanın xalq şairi B.Vahabzadənin vəfatı ilə əlaqədar başsağlığı verilmişdir. Həmin başsağlığını olduğu kimi təqdim edirik:

Hörmətli Bəxtiyar Vahabzadənin ailəsi;

Hörmətli Azər bəy, hörmətli İsfəndiyar bəy Vahabzadə;

Bu gün atanızın gözlənilməz ölüm xəbərini duydum şok oldum, mənə bu xəbəri çatdıran dostum Savalan şairimiz bu xəbəri verərkən şok keçirdi!

Bəxtiyar Vahabzadə sizin atanız olmaqla yanaşı, bütün azərbaycanlıların da Şəhriyar kimi milli şairi mənəvi atası idi.

O, 20-ci əsrdə Tanrının Azərbaycan türklərinə bağışladığı mübarək bir şəxsiyyətdir.

O, sovet rejiminin boğuntulu günlərində heç bir şeydən qorxmadan ölüm təhlükəsini göz önünə alaraq üsyan bayrağını qaldırdı "Gülüstan" poemasını yazdı. “Gülüstanpoeması sovet dövründə azərbaycanlıların milli şüurlarının oyanıb dirçəlməsində ilk addım olaraq həm bir çağırış idi. O zaman Azərbaycanın milli rəhbəri rəhmətlik Heydər Əliyev olmasaydı Bəxtiyar da Hüseyn Cavidlərin Əhməd Cavadların aqibətinə uyğrayacaq milli oyanış nütfədə boğulacaqdı.

Bəxtiyar, əziz dostum professor Nurəddin Rza vasitəsilə 30 ildən çoxdur mənimlə tanış, dost qardaşdır. Bizi birləşdirən soydaşlıq dostluq bağları ilə bərabər ürək nisgillərimiz olmuşdur. Mən onu qardaşım kimi sevər, hətta ondan da əziz tutardım.

30 il bundan öncə "Varlıq" dərgisinin birinci sayında onun "Ana dili" şerini dərginin bəzəyi kimi çap etdirmişdim. O da Şəhriyar kimi bizim milli şairimiz fəxrimiz idi. Onun yoxluğunu qəbul etmək yox, təsəvvür edə bilmirəm.

Allah hamımıza səbir dözüm versin. Çox istərdim bu matəm günlərimizdə sizin yanınızda olaydım onun yas mərasimində yaxından iştirak edəydim, lakin bir az xəstə olduğum üçün gələ bilmədim. Bu da mənim üçün başqa bir nisgil oldu.

Mən başda siz olmaqla, mərhumun bütün ailə üzvlərinə Azərbaycan millətinə başsağlığı verirəm. Allah-taala ona rəhmət sizlərə dözüm versin!

 

"Varlıq" dərgisi toplusu tərəfindən

Dr.Cavad Heyət.”

 

Dərginin 151-ci nömrəsi büsbütün doktor Cavad Heyət "Varlıq" haqqında yazılan məqalələrlə bağlıdır. Məqalələrdən öncə isə oxucular İran İslam Respublikasının ali dini rəhbəri Ayətulla Xameneyinin hələ ölkənin prezidenti olduğu zaman, habelə ölkənin sabiq baş naziri cənab Mirhüseyn Müsəvinin ünvanladıqları məktublarla tanışlıq əldə edə bilərlər.

Nömrədə Firuz Dövlətabadinin "Alim şəxsiyyət, həkim böyük cərrah" məqaləsindən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirliyinə təşəkkür məktubu yer almışdır. Təşəkkür məktubunda tanınmış alim, məşhur cərrah, professor Cavad Heyətin bir cərrah kimi humanist fəaliyyətindən söz açılır.

Professor Məhəmməd Novruzoğlunun "Böyük alim, məşhur həkim, nadir şəxsiyyət", professor Ehsan Doğramacının "Professor doktor Cavad Heyət", professor Vaqif Aslanovun "Canlı ensiklopediya", Yaşar Qarayevin "İki tayın loğmanı", Həmid Nitqinin "Əziz dost", türkoloq Kazım Yetişin "Doktor Cavad Heyət haqqında" və başqalarının məqalələrində üniversal biliyə malik olan doktor C.Heyətin genişmiqyaslı fəaliyyətinə bir aydınlıq gətirilmişdir.

Professor Səlahəddin Xəlilovun "Günbatan fikirli, gündoğan duyğulu bir sima" başlıqlı məqaləsində oxuyuruq:

Cavad Heyət Azərbaycanın zəmanəyə bəxş etdiyi ən böyük ziyalılardan biridir. bizim zamanın ziyalı idealını, məhz bir türk ziyalısını məhz Cavad Heyəti bircə ifadə ilə, yığcam şəkildə təqdim etmək istəsək, bundan daha gözəl, bundan daha obrazlı bundan daha dəqiq bir ifadə tapa bilmərik: "Beyni kitab arasında Parisdən, ürəyi isə mizraq ucunda Altay dağlarından alınmışdır" (Cəfər Cabbarlı).

Bəli, doktor Cavad Heyət həqiqətən Qərbin rasional düşüncəsinə mükəmməl surətdə yiyələnmiş bir adamdır".

Dərginin 151-ci nömrəsinin sonunda həmçinin Məhəmmədhüseyn Şəhriyarın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Nəriman Həsənzadənin, Bəhruz Axundovun, Şahmar Əkbərzadənin, Həmid Abbasın İsmayıl Cəmilin "Varlığ"a doktor Cavad Heyətə həsr etdikləri şeirləri oxuya bilərsiniz.

 

 

Ə.Xalıqverdioğlu

 

Ədəbiyyat qəzeti.-2009.-24 iyul.-S.6.