5 yaslı "Məhsəti"

 

Artıq 5 ildir ki, “Məhsəti şairlər məclisiictimai birliyinin səyi ilə ilk qadın şairəmiz, gözəl Məhsəti xanımla görüşürük. Əsrlər ardından axıb gələn bir nəfəs, dərin mənalı rübailər aləmi, vətən aşiqi olan bir xanım bizi öz cazibəsində saxlamaqdadır.

Böyük şairəmizi belə unudulmaz edən, onu daha da sevdirənMəhsətijurnalının yaradıcıları olan Fəridə Ləman Salatın Əhmədli bu istiqamətdə çox görürlər.

Bu günlərdə həmin jurnalın beşinci ildönümünə həsr olunanMəhsətiensiklopedik toplusu çap olunaraq məclis üzvlərini Məhsəti ruhunu şad etmişdir. Topluda jurnal əməkdaşlarının şairə qadınların fəaliyyəti işıqlandırılır, bu işıqda vətənimizin uzaq ellərdə bir daha tanınmasından bəhs olunur, Azərbaycanın əziz Məhsəti qızı, böyük Nizaminin müasiri olan, bu gün bizimlə yaşayan ölməz sənətkarı sevdirir.

Məhsətitoplusunda çoxlu rəsmlər verilmişdir ki, bunlar ayrı-ayrı yerlərdə keçən məclis görüşləri, tanınmış sənətkarlarla əlaqələr, xaricdə diyarımızda keçən şeir gecələri barədə yaddaşlardır. Bu yaddaşlar bu gündən Məhsəti zamanından gələcəyə bir ərməğandır.

Nəfis şəkildə işıq üzü görən toplunu ərsəyə gətirən insanlara təşəkkürlər edir, onlara uğurlar diləyirik. Məclis üzvlərinə isə Məhsəti eşqiylə yazıb-yaratmaq arzulayırıq. Artıq uzaq-uzaq ölkələrdə tanınanMəhsətiməclisinə aşiqlərin sayı artmaqdadır. İndi jurnala bir çox ölkələrdən məktublar gəlir. Bu məktublarda sevgi dolu təşəkkürlər, razılıqlar sevinclər var.

 

 

K.Ağayeva

 

Ədəbiyyat qəzeti.-2009.-24 iyul.-S.6.