Xalqın şairi
…Böyük mütəfəkkir
və vətəndaş
şair Sabirin… anadan olduğu Şamaxı şəhəri
Azərbaycanın ən
qədim mədəniyyət
mərkəzlərindən biri, Xaqani, Seyid
Əzim, Hadi və Səhhət kimi görkəmli mütəfəkkirlərin və
şairlərin vətənidir.
…Qısa bir müddət (5 il) ərzindəki qızğın
və çox səmərəli ədəbi
fəaliyyəti nəticəsində
Sabir əsl vətəndaş poeziyanın
gözəl nümunələrini
yaratmış və zəhmətkeş xalqın
məhəbbətini qazanıb
şöhrətlənmişdir.
…"Molla Nəsrəddin" jurnalı və onun görkəmli xadimləri olan Cəlil Məmmədquluzadə
və Mirzə Ələkbər Sabir bu ideya mübarizəsində
çox aydın inqilabi mövqe tutdular, zəhmətkeş
xalqın tərəfində
dayandılar.
…Sabir bu gərgin mübarizədə
öz iti qələmi ilə iştirak edir, ictimai ədalətsizlik üzərində dayanan quruluşun inqilabi yolla dəyişdirilməsinə
mane olan hər şeyi ifşa edir, mürtəce qüvvələrin
bütün hiylələrini
açıb göstərir,
köhnəliyi inkar edib dağıdır, ictimai qüsurları məhvedici
satiraya tuturdu.
Şərq dillərinə
və ədəbiyyatına
yaxşı bələd
olan Sabir ömrünün axırlarında
rus dilini öyrənməyə başlamışdı.
Puşkin, Lermontov və Qorki kimi
yazıçıların əsərlərini
gözəl tərcümə
nümunələrində ilk
dəfə azərbaycanlı
oxuculara çatdıranlardan
biri olan istedadlı şair və mütərcim Abbas Səhhətin köməyi ilə Sabir qabaqcıl rus və Qərbi
Avropa mədəniyyətini
böyük bir məhəbbətlə təbliğ
edirdi.
Sabirin poetik istedadının orijinallığı ondadır
ki, öz şeirlərində gülüş,
istehza və kəskin satiranın gücü ilə bir çox mənfi ictimai tiplərin obrazlarını
yaradarkən, öz dərin poetik ideallarını da parlaq surətdə ifadə etmişdir.
Dahi şair belə hesab edirdi ki, sənətkar
yalnız real həyatı düzgün
və sədaqətlə
əks etdirmək yolu ilə öz
vəzifəsini yerinə
yetirib, xalqa xidmət edə bilər. "Şairəm,
çünki vəzifəm
budur əşar yazım" misrası ilə başlanan və Sabirin yaradıcılıq proqramı
olan məşhur şeri
sonralar Azərbaycan ədəbiyyatında ən
yaxşı söz sənətkarları üçün
bir bayraq olmuşdur.
…Sabir üçün xalqın səadətindən
və bu səadət uğrunda fəal mübarizə aparmaqdan böyük və yüksək bir ideal olmamışdır.
Məhz buna görə də şair öz xalqının və bütün zəhmətkeşlərin
qəlbində əbədi
yer tutmuşdur.
Mehdi Hüseyn
Ədəbiyyat qəzeti.-2009.-5
iyun.-S.1.