Natiq Rəsulzadə - 60

 

Bu günlərdə AYB-nin Natəvan klubunda tanınmış yazıçı Natiq Rəsulzadənin 60 illik yubiley tədbiri keçirildi. Tədbiri aparan xalq yazıçısı Çingiz Abdullayev yığcam giriş sözündə N.Rəsulzadənin həyat yaradıcılığı barədə iştiarkçılara informasiya verdi. O, N.Rəsulzadəni "Şöhrət" ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edərək bunu həm dövlətimizin ədəbiyyatımıza diqqət qayğısının bir təzahürü hesab etdiyini vurğuladı.

AYB-nin sədri, xalq yazıçısı Anar Natiq Rəsulzadəni mənsub olduğu ədəbi nəslin - altmışıncıların son, lakin istedadlı nümayəndələrindən biri kimi altmış yaşı münasibətilə təbrik etdi, ona yeni-yeni yaradıcılıq uğurları möhkəm cansağlığı arzuladı.

Yubiley tədbirinin iştirakçılarından Ənvər Seyidov, Həmidə Ömərova, Aqşin Babayev, Şəlalə Həsənova, Elbəy Qasımzadə, Elmira Axundova çıxış edərək N.Rəsulzadənin ədəbi fəaliyyətinə kino yaradıcılığına yüksək dəyər verdilər, onu yubileyi münasibətilə təbrik etdilər.

Məclisi yekunlaşdıran Çingiz Abdullayev bu məqamı da xatırlatdı ki, Natiqin ən böyük uğuru yaxınlarda baba olmasıdır. 25 illik dostuna ən gözəl arzularını bildirən xalq yazıçısı son sözü onun özünə verdi. N.Rəsulzadə tədbir iştirakçılarının hər birinə dərin təşəkkürünü bildirdi.

 

 

Ədəbiyyat qəzeti.-2009.-12 iyun.-S.5.