Rübailər

 

Mən ömür sürmürəm ad-san naminə,

Yazıram saf, təmiz vicdan naminə.

Bütün xeyirxahlar yaxşı görür

Özündən sonrakı insan naminə.

 

*

 

Güclü sel tələsir yarğandan ötrü,

Şimşək - meşədəki yanğından ötrü.

Neolit əsrində silah düzəldən

Yol salıb gələcək qırğından ötrü.

 

*

 

Özündə saxlayır neçə halı su -

Sirli, əsatirli, müəmmalı su.

Qar, yağış, buz, bulud, ildırım olur

Ərzin ən qəribə mineralı su.

 

*

 

Dənizin zirvədə izini gördüm,

Milyon qərinəlik "İrs"ini gördüm;

Bol mərcan qalıqlı qayalıqlarda

Sahil silkələyən "hirs"ini gördüm.

 

*

 

Dünəndən sabaha vaxt da yol gedir,

"Göydələn" evlərlə Bakı fəxr edir.

Fəqət binaların ən şöhrətlisi

Hələ qocaman "Beşmərtəbədir"!

 

*

 

qədər siyasət küləyi əsib,

Ya səmtin əksinə, ya da münasib

…Bu adam balaca, bu adam azman,

Boy var - təfəkkürlə tərs mütənasib.

 

*

 

Buludun işinə heyranam, qağa!

Düşür ildırımtək dərəyə, dağa.

Göyə arxalanır - az ömürlü sel,

Əbədi çağlayan bulaq - torpağa.

 

*

 

Qara qız ərəb, zənci imiş,

Qədim məməlkətin öz gənci imiş.

Üzümə baxandan sonra anladım -

Metroda pul yığan dilənçi imiş.

 

*

 

Kürün sahilində uca bir ağac,

Qoca, çoxəsrlik ehram, pir ağac.

Yarpaq doğulsa da, yarpaq ölsə ,

Bir köklü-budaqlı nəsildir ağac.

 

*

 

Haram mənasında düşüb sözlüyə,

Əyrilik oxşayır bəzən düzlüyə.

Gözlük itirməyim xeyirli olub -

Çünki qayıtmışam eynəksizliyə

 

*

 

Qaya daş dövründən yazılı qalıb,

Novruz əvvəlkitək Kosalı qalıb.

Tonqalın təzədən yandırılması

Son kibrit çöpündən asılı qalıb.

 

*

 

Göz verib sənə bu, mənə bu dünya.

Gərək gülüstana dönə bu dünya!

Qədim zamanlarda sərhədsiz imiş,

Sərhədsiz olacaq yenə bu dünya!

 

*

 

Ya Rəbb, kasıbı da doyunca güldür,

Düz Adam istəməz minnətli ləl, dürr.

Əzabsız gəlmişik mübhəm dünyaya,

Mümkünsə, Sən bizi əzabsız öldür!

 

*

 

Mizrab toxunduraq müqəddəs simə,

Bilinsin sözümüz aiddir kimə:

qədər çalışıb cəhd eləsək ,

Ömürlük borcluyuq biz müəllimə.

 

*

 

Vətənin mərd qızı, oğlu qocalmaz,

Torpağa köküylə bağlı qocalmaz!

Nurlu sifətinə qırış qonsa da,

Müdrik adamların ağlı qocalmaz!

 

*

 

İlimdə təzə gün, ay gəzdirirəm,

Dilimdə xoş sözdən pay gəzdirirəm.

Qalın geyinməyim pərt edib qışı -

Canımda deyəsən yay gəzdirirəm.

 

*

 

Lövbəri yaman salıb bu qorxu,

Girib - qanımızda qalıb bu qorxu.

Bəlkə kütləvi cəzadan qabaq

Bizim canımızda olub bu qorxu?!

 

*

 

Hər şeyin sonuna inanıram mən,

Qocaldın - tutasan gərək çəlikdən.

Məşhur filosofa o gün dedim ki,

Bezər ruh özü əbədilikdən.

 

*

 

Desək "ağa" "", "qara"ya "qara",

Çox şeyin dəyəri bilinir sonra.

Məhəccər, sadəcə tutalğac deyil,

Məhəccər, güc verir qocalanlara.

 

*

 

Əziz dost, çatışmır, de, nəyi Ərzin?

Var suyu, çörəyihər şeyi Ərzin.

İnsan əl çəkməsə bəd əməlindən

Vallah partlayacaq ürəyi Ərzin!

 

*

 

Bu durna görəsən niyə tək uçur?

Yayıb harayını göyə, tək uçur;

Bəlkə didərginlər, qaçqınlar kimi

Tənhalıq əzabı çəkərək uçur?

 

*

 

Məhəbbət səslənir eşqin tarında,

Həzin sədasıdır nakamların da.

Deyirlər bir dəfə vurulur adam,

Niyə "ilk məhəbbət" sözü var onda?

 

*

 

Üz, sevgi məhəbbət dənizində üz!

Üz, bu dağların da laləsindən üz!

Üzü saf məhəbbət işıqlandırır,

Üzüyü barmağa taxma könülsüz!

 

*

 

Tikanı gül kimi iyləyənlər var,

Bülbülə torağay söyləyənlər var.

Məhəmməd füzuli eşitsin: - İndi

Salamı mükafat eyləyənlər var.

 

*

 

Kişinin elə bil naxışı yoxdur,

Acı söz desə , qarğışı yoxdur.

Çünki axşamadək çaxan şimşəyin

Səsi, şöləsi var, yağışı yoxdur!

 

*

 

Çalışır həmişə özündən ötrü,

O isə ya səndən, ya məndən ötrü.

Qırmızı geyimli süpürgəçilər

Yolu təmizləyir " gün"dən ötrü.

 

*

 

Neyi bəyənməyən cənab ürəksiz

Az qalıb tara da desin gərəksiz;

Ozan babaların ruhu narahat -

Sazı dilləndirək elektriksiz!

 

*

 

Halal sayılsa da haram dünyada,

Haqq üçün çalınan taram dünyada.

zaman ürəyim, canım ağrıyır -

Mən onda bilirəm varam dünyada.

 

 

Oqtay Rza

 

Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.4.