Dünya Ədəbiyyatı Kitabxanası

 

İyunun 12- Kitab KlubundaDünya Ədəbiyyatı Kitabxanası” (DƏK) layihəsi təqdim olunmuşdur.

Mərasim iştirakçıları əvvəlcə ölkəmizdə çap edilmiş yeni kitablardan ibarət sərgiyə, habelə DƏK çərçivəsində nəşr olunacaq 150 kitabın hər birinin yüksək poliqrafik səviyyədə tərtib olunmuş maketlərinə maraqla baxmışlar.

Klubun direktoru Elxan Rzayev bildirmişdir ki, latın qrafikasına keçidlə əlaqədər Azərbaycan hökuməti iki böyük layihə reallaşdırmağı nəzərdə tutmuşdur. Artıq bunlardan birincisi uğurla başa çatmışdır. İkinci layihə dünya ədəbiyyatından seçmə əsərlərin dilimizə tərcümə olunub nəşr edilməsi ilə bağlıdır. Layihə şərti olaraqDünya Ədəbiyyatı Kitabxanasıadlandırılır. Seriyaya daxil olan kitabların siyahısı Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə təsdiq edilmişdir. DƏK layihəsində 150 kitabın nəşri nəzərdə tutulmuşdur.

Layihənin əlaqələndiricisi Abdulla Əsgərovun rəhbərlik etdiyiŞərq-QərbAçıq Səhmdar Cəmiyyətidir. Kitabların bədii tərtibatı səhifələnməsiTutunəşriyyatı tərəfindən aparılır. Yeni kitablarŞərq-Qərb “CBS” mətbəələrində çap ediləcəkdir.

Bildirilmişdir ki, DƏK silsiləsindən kitablara abunə yazılışı klub tərəfindən aparılır.

Əsərlərin tərcüməsi, redaktəsi işi ilə məşğul olacaq yaradıcı heyətin rəhbəri, Bakı Slavyan Universitetinin prorektoru, professor Asif Hacıyev layihənin maarifçilik əhəmiyyətini vurğulamış, qeyd etmişdir ki, nəşr ediləcək kitabların böyük əksəriyyəti Azərbaycan dilində ilk dəfə işıq üzü görəcəkdir. Eyni zamanda, birbaşa orijinaldan tərcümə olunacaq bu əsərlər dünyada baş verən ədəbi mədəni prosesləri Azərbaycan oxucusuna çatdıracaqdır.

Tədbirdə çıxış edənlərdən Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü, professor Şahlar Əsgərov, “Tutunəşriyyatının direktoru Tərlan Qorçu, Milli Məclisin deputatı Fazil Mustafa, Bakıdakı 190 nömrəli orta məktəbin direktoru Afət Bakıxanova başqaları yeni layihənin həyata keçirilməsini ölkənin ictimai mədəni həyatında mühüm hadisə kimi qiymətləndirmiş, 150 kitabdan ibarət Dünya Ədəbiyyatı Kitabxanasına abunənin yüksək səviyyədə aparılacağına inamlarını ifadə etmişlər.

 

 

Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.2.