Yazıçılar Birliyində
Natəvan klubunda şair-ədəbiyyatşünas Sona
Xəyalın yaradıcılıq
gecəsi keçirilmişdir.
Tədbirdə xalq şairi
Balaş Azəroğlu,
tarix elmləri namizədi Tahirə Həsənzadə, şairlərdən
Musa Ələkbərli,
İsgəndər Etibar,
Fərqanə, Mahcamal, Rafiq Nazimoğlu, Arif Buzovnalı, Ayaz Arabacı, tənqidçi Bəsti Əlibəyli, tədqiqatçı
Teyyub Qurban, "Zirvə" ziyalılar təşkilatının sədri
Minayə Dəyanətqızı, "Qurbani" ədəbi
məclisinin sədri Yusif Dirili və
b. çıxış
edərək Sona xanımın ədəbi
yaradıcılığından, tədqiqatlarından söhbət
açmışlar. Çıxışçılar
onun klassik ədəbiyyatla bağlı
hazırladığı kitabları
xüsusilə dəyərləndirmiş,
Mirzə Əbdülxalıq
Yusif, Səməd Mənsur, Əliabbas Münsib, Əmir Abid kimi sənətkarların
əlyazma irsini üzə çıxarıb
nəşr etdirməsindən
söhbət açmışlar.
Onlar tədqiqatçının
"Müasirlərim" seriyasında
olan monoqrafiyalarını
da xatırlamış,
bu əsərlərin
bədii ədəbiyyatımızın
təbliğində rolunu
vurğulamışlar. Yığıncaqda
Sona Xəyalın bədii yaradıcılığından,
bu yaxınlarda nəşr olunan şeirlər və hekayələr toplularından
da danışılmışdır.
Məclis iştirakçıları
tədqiqatçının Azərbaycan Yazıçılar
Birliyinin "İrs"
komissiyasının sədri
kimi gördüyü
işlərin əhəmiyyətini
qeyd etmişlər.
Sonda Sona Xəyal məclisə toplaşanlara
və çıxışçılara
təşəkkürünü bildirmişdir.
A.Xiləli
Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.6.