Gürcü dilində

 

Şair Qəşəm Nəcəfzadənin Gürcüstanda gürcü dilində şeirləri dərc olunub. Qafqaz evinin məşhur “Çox simalı dünya” jurnalında həmyerlimizin “Mənim əllərim”, “Müharibə, ayaqqabı, ölüm”, “İnfarkt”, “Sevməyin məni”, “Çevrilmə”, “Yenə də” “Siqaret”, “Fənar”, “Deməli” və başqa şeirləri işıq üzü görüb. Şeirləri gürcü dilinə tanınmış şair və tərcüməçi Nika Corcaneli çevirib. Ədəbi -bədii materiallar dərc edən bu jurnal ayda bir dəfə çap olunur. Jurnalın baş redaktoru şair Şota İataşvilidir.

 

 

S.Əsgərli

 

Ədəbiyyat qəzeti.-2009.-19 iyun.-S.6.