Hörmətli Sərhəd Nəsirzadə!
Sizi - tanınmış şair və tərcüməçimizi anadan olmanızın 70 illiyi münasibətilə təbrik edirik.
Siz ilk gənclik yaşlarından
bədii yaradıcılıqla
məşğul olmusunuz.
"
"Ulduz" (1981) müştərək, "Bəzz qalası" (1984), "Elə bildim sən gəlirsən" (1986) adlı şeir kitablarınız çap olunub.
Siz ədəbi-bədii, dini əsərləri, o cümlədən "Adəm xanın macəraları", "Məhəmməd peyğəmbərin kəlamları", "Məhəmməd peyğəmbərin həyatı", "Raşidin xəlifələr haqqında hekayətlər", Q.Hüseynin "Əli və övladları", C.Zeydanın "Əli xilafətin dayağıdır", C.Rumi, Ə.Lahuti, M.Şəhriyar, S.Hidayətin əsərlərindən nümunələri fars dilindən Azərbaycan dilinə, "fitnə", "Keçəlin nağılı", "Qoğal", "Cik-cik" və s. uşaq kitablarını isə Azərbaycan dilindən fars dilinə çevirmisiniz.
"Ya Əli", "Nəhcül-hidayə" və "Məhəmməd peyğəmbərin həyatı" adlı tərcümə əsərləriniz İİR-in Bakıdakı səfirliyinin 1996-cı ildə keçirdiyi Məhəmməd peyğəmbərin mövluduna həsr olunmuş respublika ədəbi müsabiqəsinin mükafatına layiq görülmüşdür.
Müxtəlif vəzifələrdə çalışmısınız. 1976-79-cu illərdə İranda tərcüməçi, "Yazıçı" nəşriyyatında redaktor, hazırda Moskva Dövlət Açıq Universitetinin Bakı filialında pedaqoq kimi fəaliyyət göstərirsiniz.
Əziz qələm dostumuz!
Sizi bir daha yubileyiniz
münasibətilə təbrik edir, sizə uzun ömür,
cansağlığı və yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.-2009.-19
iyun.-S.4.