Quşların yatdığı yerdə
Dəyanət Osmanlı: "İlk..
və… Son…". Bakı, "Çaşıoğlu"
nəşriyyatı – 2009
İndi
bəxt ulduzu - durna çırağı,
Yolunu quşlar yox, arzular azır.
İndi çiyinlərə dövlət quşunun
Lələyi də düşmür qəlb aldatmağa.
Mənzilinin son ucu, axır başı həyatın düz ortasında qarışmışların alın yazısı kimi oxunur bu sətirlər.
Karvanın uzaqdan uçan son səsi
Mənim köçdən qalan sinəmi dağlar -
ağrısı
da
… İndii soyuqdu, gecdi,
Quşlar da yatmış olar…
Yaşıdları içində özünəməxsus poeziya nəfəsi ilə seçilən istedadlı şair Dəyanət Osmanlının haqqında söz açdığımız kitabına "İlk və son arasında" adlı maraqlı ön söz yazan AMEA-nın müxbir üzvü Nizami Cəfərov da gəlib, gəlib bu sətirlərin üzərində dayanır. Və haqlı olaraq qeyd edir ki, bu poetik leksikonda rast gəldiyimiz "soyuq", "gecə" sözlərindən gələn bədbinlik şairin ovqatıyla yox, üslubu ilə əlaqədardır: "Yəni şair bu səviyyədən, bu nöqtədən, bu kimsəsizlik, qaranlıq, ağrı və soyuqluq içərisindən dünyanı görə bilir… Ola bilər ki, bu bədbin leksikon içərisində dünya, mənəvi aləm, insan təhlil olunmasın, qaralansın, görünməz olsun. Amma Dəyanətin yaradıcılığının önəmli xüsusiyyəti ondan ibarətdir ki, o, məhz bu leksikon altında dünyanın, insanın dəyərini, həyatın mənasını müəyyənləşdirir".
Təkcə:
Gəncliyimin evində
anamın göz yaşlarından savayı
diri qalan heç bir şey yox -
misralarını oxumaq bəs edir ki, Dəyanət Osmanlının poetik məni timsalında özünə yaxın simsar, dost, həmfikir tapırsan. Onun
Mən qayıdanda
Ömür yerində yox idi -
itiyi divanə günlərimizin itiyi kimi gəlir hər birimizə. Onun "Kölgəmə yürüyən bir yolçu yox" təəssüfü yeni bir ovqatı, auranı çəkib gətirir:
Kimsə yox üğrunda canımdan keçim,
Ömür çox uzandı, heç usanmadım.
Bu sətirlər Dəyanətin mənəvi aləminin aynası kimidi. Bu mənəvi aləm dünyadan sallaşıb yaşamaq umacağından çox uzaqdı. Bu ömür uğrunda canından keçməyə kimsənəsi olmayan ömrün uzanmasından usanmamağı utancını yaşaya bilməyi də bacarır, bu tozlu həyatın içində onu gözləməyən bir aqibətin dalıyca qaçmağı da, ruhunun yarasından boylandığını görməyi də… Bir şair ömrü üçün bəs edə biləcək nəsnələrdi bu saydıqlarımız.
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-26
iyun.-S.5.