Ölülər”in ölməzlik ruhu
Naxçıvan
Dövlət Universitetində dahi mütəfəkkir, görkəmli
yazıçı-publisist Cəlil Məmməquluzadənin
140 illik yubileyi münasibətilə keçirilən silsilə
tədbirlər davam etməkdədir. AMEA-nın
Naxçıvan bölməsi ilə birgə təşkil
olunmuş "Ölülər" tragikomediyası və sənətdə
ölməzlik" mövzusunda elmi konfrans isə həm də
Azərbaycan teatrı və dramaturgiyası tarixində
xüsusi yer tutan bu əsərin yazılmasının
100-cü ildönümünə həsr olunmuşdu.
Konfransı
giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli
Mirzə Cəlili bütün şüurlu həyatını
və qələmini xalqının və vətəninin
istiqlalına həsr etmiş böyük şəxsiyyət,
ədəbiyyatda azərbaycançılıq
ideologiyasının banisi kimi dəyərləndirmişdir. Görkəmli
mirzəcəlilşünas "Ölülər"in sənət
əsəri kimi ölməzliyindən söz
açmış, əsəri bütün Şərqin cəhalət
və mövhumat əsarətindən xilası davasında
atılmış güclü atom bombası kimi qiymətləndirmiş,
"Ölülər"in ideya-bədii məziyyətlərindən
danışmışdır.
Sonra
universitetin tədris işləri üzrə prorektoru, əməkdar
elm xadimi Hüseyn Həşimli "Ölülər və ədəbi-ictimai
mühit", NDU-nun Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər
Qədimov "C.Məmmədquluzadənin "Ölülər"
əsərində İsgəndər obrazının prototipləri",
AMEA-nın Naxçıvan bölməsi İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın
müxbir üzvü Əbülfəz Quliyev "Ölülər"
əsərinin dili və üslubu", NDU-nun Azərbaycan ədəbiyyatı
kafedrasının dosenti, filologiya elmləri namizədi Əbülfəz
Əzimli "C.Məmmədquluzadənin "Ölülər"
tragikomediyası ədəbi tənqiddə", AMEA-nın
Naxçıvan bölməsi İncəsənət, Dil və
Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin
müdiri, sənətşünaslıq namizədi Əli Qəhrəmanov
"Ölülər" Naxçıvan səhnəsində"
mövzularında məruzələr etmişlər.
Konfransda
Cəlil Məmmədquluzadənin həyatı və
yaradıcılığına aid kitab sərgisi və slayd
nümayiş etdirilmişdir.
Naxçıvan
Dövlət Universitetinin Tələbə Teatr
Studiyasının "Ölülər" tamaşası
Naxçıvan MR Gənclik Mərkəzində
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun,
Muxtar respublika ziyalılarının, ədəbi-ictimai
mühitinin iştirakı ilə göstərilmişdir. Qeyd
edək ki, tamaşanın elmi məsləhətçisi
universitetin rektoru, akademik İsa Həbibbəyli, baş
rejissoru mədəniyyətşünaslıq ixtisası
üzrə baş müəllim, Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi
Gülxarə Əhmədova, quruluşçu rəssamı təsviri
incəsənət ixtisası üzrə müəllim Cavid
İsmayılov, musiqi tərtibatçısı universitetin
müəllimi Əşrəf Mehdiyevdir. Tamaşadakı
bütün rolları universitetin ayrı-ayrı fakültələrində
təhsil alan tələbə-aktyorlar ifa edirlər.
Naxçıvan
MR Ali Məclisinin sədri yaradıcı heyəti uğurlu
tamaşa münasibətilə təbrik edərək tələbə
aktyorlara yeni yaradıcılıq uğurları
arzulamış, əsərin aktuallığından bəhs
etmişdir.
Mehriban Sultan
Ədəbiyyat qəzeti.-2009.-26
iyun.-S.4.