Yad et məni, şairanə yad et…"
Martın
19-da AYB-nin sədri, xalq yazıçısı
Anar, Birliyin katibləri Rəşad Məcid, Nazim İbrahimov, xalq şairi, millət vəkili Vaqif Səmədoğlu başda
olmaqla bir qrup yazıçı və şair fəxri xiyabana gələrək ölməz
söz ustalarımızın
ruhunu yad edib, qəbirləri üstünə gül-çiçək
qoydular. Ömrünü
ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı
yolunda şam kimi əritmiş, dünyadan köçəndə
də "Biz dünyadan
gedər olduq, qalanlara salam olsun", "Biz gəldi-gedərik,
sən yaşa dünya", "Yarat, sən köçəndə
ellər söyləsin
- dünyadan nə gözəl bir insan gedir", "Mən qorxardım ölümdən - dünyaya
məndən sonra gələnlər olmasaydı",
"Mən öləndə
ağlamayın…" məfkurəsi
ilə köçən
ustad sənətkarlarımızın
ölməz ruhu, unudulmaz xatirələri önündə əyilən
başlar "Bizdə
şeir də var, sənət də vardır, şairə, sənətə
hörmət də vardır" təskinliyini,
ədəbi haqlara, varisliyə hörmət hissini ifadə edirdi.
"Bahar nə xoş gəlir, ruha dad verir" duyğusuyla yazıb-yaradanların
mənəvi ömrü
də bahar kimi təzə-tər, təravətli, yaşarı
olur. Ziyarət mərasimində bu əbədiyaşarlığa
dərin hörmət
hissi üst qatdaydı.
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-20
mart.-S.7.