MoskvadaOcaqAzərbaycan Mədəniyyəti Cəmiyyətinin yubileyi qeyd olundu

 

Moskvadakı Mərkəzi Ədiblər EvindəOcaqAzərbaycan Mədəniyyəti Cəmiyyətinin 20 illik yubileyi qeyd olunmuşdur. 1988-ci il dekabrın 22- Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən təsis yığıncağındaOcaqAzərbaycan Mədəniyyəti Cəmiyyətinin yaradılması barədə qərar qəbul edilmişdi.

Cəmiyyətin sədri, Ümumrusiya Azərbaycan Konqresi Rəyasət heyətinin üzvü, professor Tofiq Məlikli demişdir ki, Azərbaycanın milli-mədəni cəmiyyətinin yaradılması ideyası ilk dəfə ötən əsrin 60- illərində yaranmışdı. Moskvadakı ali məktəblərdə elmi tədqiqat institutlarında təhsil alan bir neçə aspirant belə bir məsələ üzərində düşünmüşdülər: üçün macar, polyak, bolqar başqa tələbə aspirantların həmyerlilər birliyi var buna bənzər azərbaycanlılar birliyi isə yoxdur. Ötən əsrin 80-ci illərinin axırlarında Moskvada yaşayan 22 min azərbaycanlı öz mədəniyyəti ilə təmasda olmaq, ana dilini, tarixini öyrənmək, milli mənafelərini müdafiə etmək imkanından məhrum idi. “Ocaq” Ukraynanınflavutiçi yəhudilərinŞalomu ilə yanaşı, qeydə alınmış ilk üç təşkilatdan biri oldu. Sovet dövründə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 70 illiyi qeyd edildi ki, bu da həm Moskvada, həm Azərbaycanda böyük əks-səda doğurdu. “Ocaqfəaliyyət göstərdiyi 20 il ərzində daim həmin mövzuya həsr olunmuş konfranslar, dəyirmi masalar, habelə Azərbaycanın tarixinə dair silsilə mühazirələr, Azərbaycan dili kursları, bazar günü məktəbi təşkil etmişdir. Məktəbdə Azərbaycanın əməkdar mədəniyyət işçisi Asya Sultanova uşaqlara musiqi dərsi keçir.

Ocaqcəmiyyəti 1997-ci ildə Moskvanın Təhsil Departamentinin köməyi ilə Azərbaycan etnomədəni ünsürlü məktəb (157 nömrəli orta məktəb) açmışdır. “Ocaqcəmiyyəti Moskvada yeni ənənələrin beşiyi başında dayanmışdır. Cəmiyyətin yaranmasından 3 ay sonra – 1989-cu ilin martında ilk dəfə rəsmən milli bayramımız Novruz qeyd edilmişdir. “Ocaqdan sonra Novruzu öz bayramı hesab edən digər milli-mədəni birliklər onu qeyd etməyə başladılar. Azərbaycan mədəniyyəti cəmiyyətinin yaradılması barədə videoçarxın nümayişindən sonra səfirliyin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova səfir Polad Bülbüloğlunun təbrik məktubunu oxumuşdur. Moskva merinin müavini Şəhər Regionlararası Əlaqələr Milli Siyasət Komitəsinin sədri adından onun müavini V.Nujdin, Azərbaycan təhsil nazirinin müavini İradə Hüseynova, Moskva Millətlər Evinin direktoru Pyotr Lempard, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin departament rəisi Şakir Səlimov, ÜAK-ın icraçı direktoru Eldar Quliyev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov, 157 nömrəli Azərbaycan etnomədəni ünsürlü məktəbin direktoru Aida Quliyeva başqaları təbriklərə qoşulmuşlar.

Sonda cazmen Vaqif Sadıxovun, müğənnilər Sərxan Sərxan Əbdül Xaliqin, tarzən Qorxmaz Axundovun, Parisdə yaşayan Azərbaycan pianoçusu Renara Axundovanın, 157 nömrəli məktəbin rəqs kollektivinin, eşitmə imkanları məhdud olan uşaqlardan ibarətButaansamblının başqalarının iştirakı ilə konsert olmuş, tamaşaçılara teatrlaşdırılmış səhnəciklər təqdim edilmişdir.

 

 

Asya HACIZADƏ

 

Ədəbiyyat qəzeti.-2009.-20 mart.-S.2.