Türkan Əfəndiyeva-80

 

Hörmətli Türkan xanım!

Sizi - tanınmış alimi yubileyiniz münasibətilə təbrik edirik.

Siz yarım əsri adlayan səmərəli yaradıcılıq yolu keçmisiniz. filologiya elmində az işlənmiş sahə sayılan üslubiyyatda cığır açan, yeni söz deyən alimlərimizdənsiniz. Bədii nitqlə bağlı maraqlı elmi araşdırmalarınız var. Dilimizin leksikologiyası, morfologiyası, üslubiyyatı, bədii söz yaradıcılığı, poetika məsələləri, nitq mədəniyyəti s. əhatə edən monoqrafiya, məqalə, dərslik dərs vəsaitləriniz yüksək dəyərləndirilir. "Azərbaycan dilinin ifadə vasitələri", "Azərbaycan ədəbi dilinin üslubiyyat problemləri", "Azərbaycan dilinin leksik üslubiyyatı", "Azərbaycan - bədii dilinin üslubiyyatı" s. kitablarınız dilimizin üslubiyyat, bədii üslub, bədii söz yaradıcılığı, sözün estetikası, ifadəlilik imkanları məsələlərinə həsr olunmuşdur. Araşdırmalarınızda söz həm anlayış vasitəsi, həm estetik amil kimi qiymətləndirilir, bədii faktlar üzərində təhlil edilir. Nəsimidən başlayaraq müasir yazıçılarımıza qədər ədəbi dilimizin inkişaf zənginləşməsində hər bir sənətkarın rolu müəyyənləşdirilmişdir. Sizin tərcüməçilik fəaliyyətiniz diqqətəlayiqdir. Siz V.Z.Veliçkonun "Qafqaz qəbilələrarası münasibətlər" kitabını türkcəyə çevirmisiniz.

1951-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, 1952-ci ildə SSRİ EA Dilçilik İnstitutunda aspirant olmusunuz. 1959-cu ildə namizədlik, 1973-cü ildə doktorluq dissertasiyaları müdafiə etmisiniz. Elmi-tədqiqat İnstitutlarında işləmiş, BDU-da, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində kafedra müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetində professor vəzifələrində çalışmısınız. Bir çox beynəlxalq türkoloji toplantılarda ölkəmizi layiqincə təmsil etmisiniz.

Hörmətli Türkan xanım!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı yeni-yeni uğurlar arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.-2009.-20 mart.-S.4.