Gəncə qapısı
Bir vaxt aparıldın əmanət
kimi,
yurddan qoparıldın qənimət
kimi.
Asıldın sinəmdən
qıfılbənd kimi,
sirli-soraqlısan, Gəncə qapısı.
Qanatdı qəlbini
qonşu qarəti,
sinirə bilmədin qəvi
qürbəti.
Çürütdü ömrünü
Vətən həsrəti,
sinəsi dağlısan, Gəncə
qapısı.
Torpaq rüzulusan,
bulud dualı,
sabaha salamlı, umud dualı.
Oğuz ellərinin
Qorqud dualı,
ağ ban otaqlısan, Gəncə
qapısı.
Yaradan yaşadar
yadigarını,
Nizamini - "Xəmsə"
xiridarını.
Xan vermədi
yada yurd açarını,
Cavad xan tağlısan, Gəncə
qapısı.
Qədim qiyafəni
təzələmisən,
yağı yarasına duz ələmisən.
Nə qıfıllanıb,
nə rizələnmisən,
qərib qonaqlısan, Gəncə
qapısı.
Tanrı dərgahından
payın var sənin,
çəkilib üstündən
çiskinin, çənin.
Dostlar üçün
açıq, qarı
düşmənin
üzünə bağlısan, Gəncə qapısı.
Uca, ulduzdələn,
möhtəşəm, nəhəng,
mavi
səma ilə həmrəy, həmahəng.
Sənə neyləyəcək
şimşəklərlə cəng,
yarlı-yaraqlısan, Gəncə qapısı.
Qeyrətim qorlanar qan yaddaşında,
heyrətim hər kərpicində,
daşında.
Bədxahlar boynunu burar qarşında,
hökmündə haqlısan, Gəncə qapısı.
Kökümə, soyuma açılanım sən,
yaşıma, toyuma açılanım
sən,
qışıma, yayıma açılanım sən,
sən şeyx ocaqlısan,
Gəncə qapısı!
Sökülən dan yerin şəfəq çələngli,
oğlun, qızın comərd,
təmiz ürəkli.
Azərbaycanın göy,
al, yaşıl rəngli,
Dövlət bayraqlısan,
Gəncə qapısı!..
Üzərlik anam
Ana, yadındamı,
çöllərdə bitən,
-
evə gətirdiyin quru
üzərlik?
Laylanla gülləndi
dillərdə bitən:
"Balamı nəzərdən
qoru, üzərlik!"
Gizlətmək istədin
yaman gözlərdən,
hər yaz yaş gəlincə yaşımın
üstə.
Məni qorumaqçün
sən bəd nəzərdən,
üzərlik yandırdın başımın
üstə.
Yerdən də, göydən də kömək dilədin,
dualar qıldın ki,
dəyməsin nəzər.
Özünü, məni
də əmin elədin,
üzsə, bəd nəzəri
üzərlik üzər.
Dəyməcəli gözdən
ayaq saxlayıb,
balanı bəsldədin təbərrik
kimi.
fikrini, duyğunu oyaq saxlayıb,
yandırdın ömrünü
üzərlik kimi.
Gecəm gündüzümə
qarışır hərdən,
ay ana, qananım, qandıranım
yox.
Qoruna bilmirəm
mən bəd nəzərdən,
sən yoxsan, üzərlik
yandıranım yox.
Azalmır ağrısı
heç, ürəyimin,
üzərliyin yanıq qoxusu gəlir.
Özü qoca, eşqi gənc ürəyimin
laylalı uşaqlıq yuxusu
gəlir.
Üzərlik bitirən
məzarında da,
kök atıb közərir
ulu bir inam.
Mənimçün sinəsi
üzərində də
üzərlik gətirən üzərlik
anam!
Bir qanad yol qalır…
Gündüzlər gödəlir,
uzana bilmir,
dodağında donur çayın gülüşü.
Çiçəklər, böcəklər
qızına bilmir,
soyuq parıltıdır payız
günəşi.
Quşlar çiçəklərin
çəkmir nazını,
yaşıl çəmənləri qırov qorvurur.
Külək yarpaqların
sarı tozunu,
qırmızı külünü
göyə sovurur.
Meşənin saçına
təzə dən düşür,
şaddır təbiətin sarı
gəlini.
Bulağın gözünə
yenə çən düşür,
seçə bilmir çiçəyini,
gülünü.
Büsat gətirsə
də büllur saraylar,
elə bil gün batır ayın içində.
Eşidilmir sarı
simli haraylar,
ayrılıq, qəm də var toyun içində.
Payız - köçüb
gedən durna səslidir,
mən də bənzəyirəm
qərib bir quşa.
Ömrümün yarpaqlar
tökən fəslidir,
bircə-bircə qanad yol qalır qışa.
Göylər,
bağışlayın məni…
Duruluq göllərə
qaldı,
sarılıq güllərə qaldı,
ayrılıq illərə qaldı,
aylar, bağışlayın məni.
Sevinci azan kədərəm,
bir
kövrək ürək
qədərəm.
Mən indi yasa gedirəm,
toylar, bağışlayın məni.
Alışmadım alqışlara,
bağlanmadım bayquşlara.
Qaldım qaranlıq
qışlara,
yaylar, bağışlayın məni.
Dağlarla deyişdim
daha,
dərələrə düşdüm
daha,
məcramı dəyişdim daha,
çaylar, bağışlayın məni.
Şəklimi sözlə
çəkmişəm,
Sözün dibinə
çökmüşəm,
gözümü sözə dikmişəm,
göylər, bağışlayın məni.
Gəlmə,
qəbrimin üstünə…
Gəlmə, qəbrimin
üstünə…
İstəmirəm
yalan xiffət,
saxta həsrət
məzarıma ayaq bassın.
Gəlmə, qəbrimin
üstünə,
göz yaşın təhqir
kimidir.
Qoy qəbrimi
kol-kos,
çayır,
alaq
bassın,
onlar səndən səmimidir.
Qayıdış
Zirvələrə yol dərədən başlana,
çəmən-çəmən, çiçək-çiçək
qalxasan.
Kirpiklərin sevincindən
yaşlana,
dərinliyə dərinlikdən
baxasan.
Ucalıqlar vahiməli,
soyuqdur,
tutqun günəş, bulud,
şimşək, ildırım…
Zirvələrdən dərələrə
yol yoxdur,
hər tərəf uçurum,
boşluq, sıldırım.
Neyləyəsən, dağdan-daşdan
süzülüb
durulduqca bir qayıdış
umasan.
Ənginlikdən damcı-damcı
üzülüb
dərinliyə ulduz-ulduz damasan.
Ocağımdan
od uman var…
Yazım gedib, xəzan gəlir,
Göy yuxumu yozan gəlir.
Yanılıb, yol azan
gəlir,
Qar,
izimi örtmə mənim.
Bu isinən,
o donan var,
bu
dağ-dərə, o duman
var.
Ocağımdan od uman var,
Kül, gözümü
örtmə mənim.
Baş altından
balta çıxar,
it boynundan
xalta çıxar.
Əlimdən bir xata çıxar,
Qan, gözümü
örtmə mənim.
Məmməd Alim
Ədəbiyyat qəzeti.-2009.-20 mart.-S.6.