Bakıdaİslam mədəniyyəti müasir dünyada dialoqmövzusunda elmi-praktiki konfrans keçirildi

 

Aprelin 30-da Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmişDialoq Avrasiya Platforması” (DAP) beynəlxalq ictimai təşkilatınınDialoq Avrasiyajurnalının Azərbaycanda fəaliyyətə başlanmasının 10-cu ildönümü münasibətiləİslam mədəniyyəti müasir dünyada dialoqmövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

DAP-ın Azərbaycan Milli Komitəsinin sədri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov konfransı açaraq platformanın yaranmasından, keçdiyi yoldan danışmışdır.

Qeyd edilmişdir ki, “Dialoq Avrasiyajurnalı Türkiyə Rusiya başda olmaqla Avrasiyanın 16 ölkəsində dərc olunur. Nəşrin hər sayında Azərbaycanın tarixi, mədəniyyəti, təhsili, iqtisadiyyatı ilə bağlı tanınmış şəxslərin yazıçıların məqalələri dərc edilir.

Konfransda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov xatırlatmışdır ki, 10 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin iştirakı ilə BakıdaDialoq Avrasiyajurnalının təqdimatı keçirilmişdir. Ulu öndər o vaxt Avrasiyada dialoqun əhəmiyyəti haqqında müdrik fikirlərini söyləmişdir.

DAP-ın aktual bir işi, mövzunu, məkanı əhatə edən platforma olduğunu deyən Əli Həsənov vurğulamışdır ki, dialoq müasir dünyanın ən dəyərli fəaliyyət istiqamətlərindən biridir. Dialoq vasitəsilə bütün problemlərin həlli mümkündür. Tarix boyu başqa cəmiyyətləri güc yolu ilə öz dinindən, ənənəsindən döndərib güclü cəmiyyətlərə birləşdirmək cəhdləri müvəffəqiyyətsizliyə uğramışdır. Dialoq isə heç digər cəmiyyətdən olan insanları öz inanclarından imtina etməyə vadar etmir. Bu, sadəcə ortaq nöqtələrin tapılmasıdır.

Şöbə müdiri demişdir ki, din , mədəniyyət , informasiya mübadiləsi , cəmiyyətlər arasındakı iqtisadi, siyasi, sosial inteqrasiya dabunlar hamısı iştirak edən yerdə hərtərəfli əsaslandırılmış dialoqdan danışmaq olar. Dialoq insanların ictimai-siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrini əhatə edən, onların davranış normalarında ortaq dəyərlərin tapılıb qiymətləndirilməsi bu istiqamətdə ünsiyyətin qurulmasıdır. Tolerantlıq cəmiyyətdə mövcud olan bütün mədəniyyətlərə, dinlərə, davranış normalarına, insanların vərdişlərinə hörmətlə yanaşıb, onların inkişafına stimul verməkdən ibarətdir.

Əli Həsənov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev həmişə Avrasiya məkanında yaşayan insanların mədəniyyətlərini, digər millətlərin ictimai davranış normalarını öyrənməyi xalqımıza təlqin edirdi. Ulu öndər Heydər Əliyev həmişə deyirdi ki, biz öz Nizamimizi , dinimizi gözəl bilməliyik, əski əlifba ilə klassiklərimizi oxumağı bacarmalıyıq, amma eyni zamanda dünya mədəniyyətinin bugünkü dəyərlərini əks etdirən dilləri bilməliyik. Bizim gənclik həm müasir, həm əxlaqlı olmalıdır. Bizim gənclik həm millətini, həm bəşəriyyəti sevməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın İslam dəyərlərinin inkişafı məqsədi ilə xeyli gördüklərini vurğulayan Əli Həsənov demişdir ki, bu işlər davam etdirilir. Bakı bu il İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycanda bu il İslamın ən qabaqcıl dairələri ölkəmizə dəvətlər almış, konfranslarda iştirak etmişdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu il mühüm konfrans keçirməyi planlaşdırır.

Prezident Administrasiyasının şöbə müdiri Əli HəsənovDialoq Avrasiyajurnalı ilə bağlı təkliflərini vermişdir.

DAP-ın Azərbaycan Milli Komitəsinin katibi Mustafa SaatçıDialoq Avrasiyajurnalının ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Prezident Administrasiyasının rəhbəri Ramiz MehdiyevinDemokratiyaya gedən yol”, baş nazirin müavini Elçin ƏfəndiyevinƏdəbi düşüncələrkitablarının türk dilinə tərcümə olunduğunu bildirmişdir. M.Saatçı jurnalın 28 nömrəsində Azərbaycanla bağlı 110 məqalənin nəşr olunduğunu qeyd etmişdir.

Tədbirdə Rusiyada fəaliyyət göstərən Mətbuatın İnkişaf İnstitutunun rəhbəri Olqa Karabamova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, DAP-ın həmsədri Harun Tokak başqaları qloballaşan dünyada dialoqun vacibliyindən danışmışlar.

 

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.1.