Yenidən Dialoq...
Uzun
çəkən bir fasilə oldu... Hər üç aydan
bir yayına hazırladığımız dərgimiz bizdən
asılı olmayan səbəblərdən dolayı bir ildir,
sadəcə, Qazaxıstan və Qırğızıstan əlavələriylə
yayına davam edirdi. Bu durum özümüzə həm nəzarət
etmə, həm də yeniləşmə adına önəmli
bir imkan yaratdı.
Yəqin
xatırlayırsınız, Dialoq Avrasya Platformunun idarə heyətinin
ötən hər bir toplantısında “DA” dərgisinin
çoxdilli nəşrinin vacibliyi istiqamətində fikirlər
səslənmişdi. Lakin əhatə etdiyimiz regionlarda
ümumişlək ünsiyyət vasitəsi kimi türkcə
və ruscadan istifadə olunması bu iki dili “nəşr dili”
olaraq götürməyimizdə xüsusi rol oynadı. Aradan
keçən bu 10 ildə dərgimizin
araçılığı ilə əldə olunan
yayınlarla bir-birimizi tanıma və anlamada həddən
ziyadə nəticə əldə edildi. Əlavə
yayınlarımızın çıxdığı bölgələrdə
yaşayan xalqlar tərəfindən həvəslə
oxunması digər üzv ölkələrimiz
üçün də örnək oldu. Bu səbəbdən
də “dərgimizin çoxdilli olması gərəkliyi” fikri
artıq layihələşdirilir. Bu istiqamətdə
hazırlıqlarımız var.
10
il yayınçılıq sahəsində önəmli bir
müddətdir. Geriyə baxıb, irəliyə doğru əlaqə
qurmaq üçün yetərlidir. “Dialoqda hansı nəticəyə
gəldik, bu zamana qədər hansı istiqamətlərdə
yayın yapıldı, bu yayınlar nə qədər oxucu
tapa bildi, dərgimizin bölgə dialoquna ciddi bir əlavəsi
oldumu, əsaslı və dürüst
yayınçılıq adına bir məsafə qət
edildimi?” - kimi suallara cavab aradıq. Bizi bu dialoqa çəkən
iki səbəb vardı - bu dərgini çıxardan güc,
eyni zamanda, birlikdə əl-ələ verib hasilə gətirilən
nəticə idi. Avrasya - birimiz olmadan mənasız olardı.
Hamımız bərabər olmalıydıq... “DA” kimi bir dərgiyə
qoyulan ehtiyacı dilə gətirən Mery Trifonenkoyu
2006-cı ilin əvvəllərində, bu dərgiyə
xeyir-dua verən Çingiz Aytmatovu da ötən ilin iyun
ayında itirdik. Bizə dialoqda yol göstərən digər
intellekt sahiblərimiz Anar, Rostislav Ribakov, Harun Tokak, Oljas
Süleymenov, Giuli Alasania, Muxtar Şahanov, Boris Marian, İlber
Ortaylı, fətullah Gülən və digərləridir...
Zaman
irəliləyirdi, ancaq bir aydınımızın təşəbbüsü
ilə bundan 10 il öncə başlayan dialoq davam etməliydi...
Dialoq yenidən canlanmalıydı.
İndi
bu, yenidən dirilməkdir; keçən sayımızda
Ortodoks dünyasının ruhani lideri Patrik II Alekseyin barəsində
məlumat vermişdik, bu sayımızda isə çox sevilən
və fikirlərinə dəyər verilən, “Modern
dünyada bir dialoq öncüsü” fətullah Gülənin
bioqrafiyasını yapdıq. Çünki o, həyatını
dialoqa və xoş məramlara hesablamış bir şəxsdir.
Bu fikir rus məsləkdaşlarımızdan gəldi.
Hazırlanan məlumatlara, reportajlara ciddi dəstək verdilər...
Onlara təşəkkürlər edirik.
Sayımızda
platformumuzun özəllikləri barədə ətraflı məlumat
alacaqsınız. Amma qısaca bir bilgi vermək istərdik -
yeni Dönəm Başqanımız Nurlan Orzalin, Platform
Eşbaşqanımız Harun Tokak, Baş katibimiz İsmail
Tas oldu...
İyi
oxumalar diləyi ilə... Bir daha salamlar olsun!
Ədəbiyyat qəzeti.-2009.-1
may.-S.1.