Qılman İlkin - 95                                                                    

                                                                                                           

Əziz Qılman müəllim!

Sizi - ədəbiyyatımızın görkəmli, qocaman nümayəndəsini anadan olmanızın 95 illiyi münasibətilə ürəkdən təbrik edirik.

 Siz 60 ildən artıqdır yorulmadan qələm çalır, Azərbaycan nəsrinin dəyərli nümunələrini yaradırsınız.

"Çalpapaq", "Torpağın dərdi", "Teleqram", "Ultimatum", "Zənbil" kimi sanballı povest hekayələriniz maraqla qarşılanmışdır.

 İkinci Dünya müharibəsi illərində cəbhəyə getmiş, hərbi qəzetlərdə müxbir olmusunuz. Sonradan qələmə aldığınız, "Qalada üsyan", "Dəniz qapısı", "Ömrün oğlan çağları", "Dəniz həmişə göy olmur", "Dağlı məhəlləsi", "Madam Qədri", "Tayqa nağılı", "Körpə siyənək", "Hərənin öz aləmi, öz taleyi" kimi kitablarınızda toplanmış əsərləriniz Azərbaycan Dövlət mükafatına layiq görülmüş, "Şimal küləyi" romanınız sizə geniş şöhrət gətirmişdir. Əsərləriniz, əsasən, tarixi, hərbi-vətənpərvərlik gənclik mövzuları ilə bağlıdır. Bir sıra hekayə povestləriniz müxtəlif xalqların dillərinə tərcümə olunmuşdur.

 Azərbaycan kino salnaməsinə daxil olmuş "Kölgələr sürünür", "Yenilməz batalyon" kimi bədii filmlərin bir neçə televiziya filminin ssenari müəllifisiniz. Oxucularımız sizi ustad tərcüməçi kimi tanıyırlar. Klassik rus dünya ədəbiyyatının bir çox nümunələrini Azərbaycan oxucularına çatdırmısınız.

Siz uzun müddət mətbuat sahəsində fəaliyyət göstərmiş, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru kimi məsul vəzifələrdə çalışmısınız.

Siz ədəbiyyat sahəsində xidmətlərinizə görə Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülmüsünüz.

Döyüş əmək şücaətləriniz "Qırmızı Əmək Bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, bir çox medallar Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin fəxri fərmanları ilə qeyd edilmişdir.

Əziz Qılman müəllim!

Sizi 95 illik yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq sevincləri arzulayırıq.

 

 

 Azərbaycan Yazıçılar Birliyi  

                                                                                                

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.1.