Həmişə
başı uca
Məqalənin başlığı bir söz oyunu
deyil, yubilyar adına uyarlıq
xətrinə də qoyulmayıb. E.Qoca gerçəkdən belə
bir ömür yaşayıb; həmişə
başı uca…
E.Qocanın nəşr etdirdiyi kitabların sadəcə adları onun qələminin istiqamətini,
toxunduğu mövzuları
çox dəqiq ifadə edir, yazdıqlarının məzmunu
barədə tam təəssürat
yaradır.
E.Qocanın hekayələri, xüsusən
də, repressiya qurbanları, təhlükəsizliyimizi
qoruyan peşəkarlar
barəsində araşdırmaları
Şəxsən mənim üçün isə E.Qocanın əsas yaradıcılığı
yazdıqlarından daha
çox onun özüdür.
Haqqında yazılmağa layiq bir ömür yaşayanlardandır E.Qoca. Onunla hər
dəfə ünsiyyət
də gözəl bir əsərlə təmasda olmağa bərabərdir.
O, xoşbəxtlik üçün
yox, nailiyyət üçün yaşayanlardandır.
E.Qoca barədə düşünərkən,
"Su dünyada ən
yumşaq və zərif maddədir. Amma bərk və möhkəm şeyləri
dağıtmaqda tayı-bərabəri
yoxdur" (Lao-tszı),
- fikrini onun təmkininə, eyni zamanda, möhkəm xarakterinə rəğmən
vaxtaşırı xatırlayıram.
O, heç bir işi həvəssiz görməyib. O, hisslərini
çərçivəyə sala bilən adamdır. Özünün fatehi olan, yalnız öz zəkasına tabeçilik
edən bir insandır.
O fikirlərini əmələ
çevirə bilir. O,
bir yaxşı əməli neçə-neçə
gözəl yaradıcılıqdan
üstün tutur.
Yüksəlişin müqavimətə "məhkum
olduğunu" görən
və bu müqaviməti dəf edə biləndir.
Zaman çirkləndikcə, E.Qoca
əməllərinin təmizliyi
daha çox aydın görünür. Bircə
Tanrı onu mühitin adiliyinə büsbütün uyğunlaşma
bataqlığından qorusun!
Elşad Qocaya xeyirxahlığın
dayəsi olan daha çox müdriklik sevgisi arzulayıram.
Q.Əziz
Ədəbiyyat qəzeti.-2009.-1
may.-S.8.