Elmi sessiya

 

Bu günlərdə Nizami adına Ədəbiyyat İnstitutunda böyük Azərbaycan yazıçısı dramaturqu, publisist ictimai xadim Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr edilən elmi sessiya keçirildi. Sessiyanı giriş sözü ilə açan akademik Bəkir Nəbiyev bu yubileylə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətini vurğuladı, Mirzə Cəlil sənətinin müasirliyi aktuallığından danışdı.

F.e.d. İslam Ağayev "Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərində Azərbaycan ədəbi-ictimai fikri" mövzusunda məruzə etdi.

Müzakirələrdə professorlar Kamran Əliyev, Nizaməddin Şəmsizadə, f.e.d Sabir Əmirov, f.e.n. Qurban Bayramov, f.e.d. Zaman Əsgərli, AMEA-nın müxbir üzvü Teymur Kərimov çıxış edərək C.Məmmədquluzadə yaradıcılığının məziyyətlərindən, mirzəcəlilşünaslığın uğurlarından bəhs etdilər.

Akademik B.Nəbiyev sessiyada yekun sözü söylədi.

 

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.8.