Türkiyə mətbuatında

 

Şairlərin həyatı ölümü

 

"Divan şairləri" yaramaz bizə,

Yoxdur uyarlığı zəmanəmizə.

Fikrətin oğlu da vaz keçdi dindən,

Getdi öz yurdundan, öz vətənindən.

Hamid əsərləri batı təqlidi,

Akif , Fazil bir dindar idi.

 

Bu parçanı 84 yaşında həyatla vidalaşan Azərbaycanın milli şairi Bəxtiyar Vahabzadənin "Əcdada borcumuz" adlı şerindən götürmüşük. Yaşadığı dövrdə Azərbaycanın müstəqillik qazanması Türkiyə ilə hər baxımdan münasibət qura bilməsi üçün böyük qeyrət göstərən bu yolda hamıdan artıq əmək sərf edən bir şairin ölümü hər iki ölkədə böyük yanğı ilə qarşılandı. Bu mətamə Türkiyə tərəfindən qatılanlar çox oldu.

Bəxtiyar Vahabzadənin 1959-cu ildə yazdığı "Gülüstan" adlı poeması Azərbaycanın bugünkü müstəqilliyinə xidmət edirdi. Əlli ildən bəri dəyərli şeirləri, yazıları çıxışları ilə Azərbaycanın istiqlalına xidmət göstərən, bu məmləkətin Türkiyə ilə mənəvi, maddi bağlantılarını gücləndirməsini bütün varlığı ilə istəyən şair hər iki ölkənin qüdrətli söz sənətkarları sırasındadır.

Onun çıxışlarında iki xalqın bir qardaş olduğu, "Bir millət, iki dövlət" olduğumuz tez-tez vurğulanmışdır. Bəxtiyar Vahabzadə 1961-ci ildə ilk dəfə Türkiyəyə gəldikdən sonra bu iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin ilk körpüsünə çevrilmişdir. İndi həmin əlaqələrin bu şair tərəfindən əkilən "ağaclarının" meyvələri ortada

"Əcdada borcumuz" adlı şerində milli mədəniyyətimiz şerimizin ənənəvi dəyərləri diqqəti çəkir. Qırğız Çingiz Aytmatov, qazax Muxtar Şaxanovun yanında azəri yazarlardan Anar Elçin kimi onun da sovetlər dönəmində yetişən bir çox şair yazıçılar arasında türklük şüuruyla əsər yaratdığını bilirik.

Dini duyğularla yaşanan həyat baxımından onun islamdan uzaq gəncliyi olmuşdur. Bunun səbəbləri həm əsərlərində, həm çıxışlarında aydın ifadə olunmuşdur.

Osmanlı varislərinin böyük dövlət qurmaq şüurunu bir tarix mədəniyyət mirası olduğunu tez-tez diqqətə çatdıran Vahabzadə Azəri türklərinin Rusiya İran tərəfindən istiqlaldan məhrum edildiyini söyləməkdən çəkinməmişdir. Azəri türklərinin başqalarından yardım gözləmək yad himayəsinə sığınma alışqanlığının da zəif bir cəhət olduğunu vurğulamışdır.

Bəli, millətin öncül şairləri yalnız belə edər. Onların həyatının ölümünün mənası var, çünki bu həyat ölüm yalnız özləri üçün deyil, millətinin varlığı, mənimsəyəcəyi şüur icra edəcəyi missiyanı da təmsil etməkdədir.

Bəxtiyar Vahabzadəyə qədər onun yazıb-söylədiklərini söyləyən başqa şair yazarlar çıxsaydı, əlbəttə, Azərbaycan bu gün daha yaxşı bir vəziyyətdə olardı, Qarabağ üzündən Azərbaycanın başına gələn fəlakət qətliam yaşanmazdı.

Göründüyü kimi, şeir diliylə Mehmet Akifə bənzəyən, millət üçün sərt söyləmələri ilə Nəcib fazili xatırladan Bəxtiyar Vahabzadə millətinə bağlılığı aldığı mükafatları ilə Azərbaycan üçün həqiqətən milli bir simvoldur. Haqqında söz açdığımız sözündən bir qismini iqtibas etdiyimiz şerindəki ifadələri ilə Akif Nəcib fazilə heyran olan Bəxtiyar Vahabzadə Azəri türkləri arasında çox gərəkli olan duyğu düşüncələri öz poeziyasına gətirmişdir.

Bəxtiyar Vahabzadə yalnız xalqının dərdlərinə yox, onun mədəni miraslarına da sahib çıxmışdır. Səməd Vurğun kimi özündən əvvəl yaşamış bir azəri şairinin həyat yaradıcılığı haqqında yazdığı monoqrafiya ilə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. Dövlət tərəfindən verilən xalq şairi fəxri adını bir çox mükafatları qazanmışdır. İranlı azəri şair Şəhriyar ilə birlikdə Türkiyədə ən çox tanınan azəri şair Vahabzadə olmuşdur. O, Türkiyəni sevmiş, türk ziyalıları da onu sevmişdir. Qırxa qədər şeir kitabından bir qismi üç cildlik xatirələri Türkiyədə yayınlanmışdır.

1980-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilən Vahabzadə bütün ömrü boyu məzunu olduğu Bakı Dövlət Universitetində dərs vermişdir. 1980-2000-ci illər arasında beş dəfə millət vəkili seçilmişdir. Ona rəhmət, azərbaycanlı dostlara da başsağlığı diləyirik. Şairlərin həyatı qədər ölümünün dərs verdiyi bilinməlidir.

 

 

"Vakıt", 23 şubat 2009

 

Azəri türkcəsinə uyğunlaşdıranı:

A.CƏMİL

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.7.