Cənubdan səslər

 

"Vektor" Nəşrlər Evinin bu yaxınlarda çapdan buraxdığı "Dəyirmanın alt daşı" şeirlər toplusu İlham Qəhrəmanın tərtibçiliyi redaktorluğu ilə işıq üzü görüb. Topluda çağdaş Azərbaycan poeziyasının Cənub qoluna məxsus şairlərin - Mənuçehr Fəzli Xələf (Azərelli), Şərifə Cəfəri, Məhəmməd Əhmədi, Ədalət Ommi (Duman) kimi tanınmış qələm sahiblərinin şeirlərinə yer ayrılıb. Bir-birindən maraqlı, göynərtili bu şeirlərin əsl mahiyyətinə İ.Qəhrəmanın yazdığı "Kitab necə ərsəyə gəldi" ön sözündə bir aydınlıq gətirilir. Ön söz müəllifi belə qənaətə gəlir ki, "…ana dilində məktəbi mətbuatı olmayan bir məmləkətdə milli varlığımızı yaşadan iki qüdrət var - biri sazdı, biri söz".

"Dəyirmanın alt daşı" toplusunda dərc olunan şeirlərdə ayrılıq, həsrət motivləri ilə bərabər sabaha bir ümid var. Ancaq görün bu ümid bəzən hansı səviyyədə olur:

 

Əl boyda buz oldum, zaman isti yay,

Boş yerə gözlədim harayıma hay.

Əməyindən yeyir hər bir kimsə pay,

Mən başı daşlı da umud yeyirəm.

(M.F.Xələf)

 

Topluda yer alan şeirlər şirəli dil, obrazlı deyim baxımından diqqəti cəlb edir. Güney Quzey Azərbaycanı arasındakı sərhədləri ancaq sözlə, sənətlə götürməyin mümkün olduğu bir zamanda belə kitabların ədəbi-mədəni milli-mənəvi əlaqələrimiz üçün dəyəri az deyil

 

 

A.Savalan

 

Ədəbiyyat qəzeti.-2009.-1 may.-S.6.