KİV
və ədəbiyyat
Bu
da bunlar
"
Yeddi
nəfərdən ikisi qadındır. Xalqımızın, ədəbiyyatımızın
mənəvi dəyərlərinə sadiq qalaraq, "Ədəbiyyat
qəzeti"nin ədəb ənənələrinə riayət
edərək iki qadın haqqında yazılanları səhifələrimizə
çıxarmırıq.
Kəskin
tənqid və ifşa hədəflərindən biri şair
Aqşindir. Arabir müasir ədəbiyyatımıza
haqsız iradlar tutsa da, biz Aqşini istedadlı gənc hesab
edirik. Bədxahlarımızdan fərqli olaraq biz istedadı
qiymətləndirməyi bacarırıq. Ümid edirik ki,
Aqşin öz istedadının məsuliyyətini də
duyacaq və iddialı istedadsızlardan aralanıb həqiqi sənət
yoluyla addımlayacaq. Odur ki, onun haqqında "Alma"da
yazılan sərt ifadələri burda təkrarlamırıq.
O
birilərə gəldikdə "
"Üç
dırnaqarası romanın müəllifi olan bu
dırnaqarası publisist özünün və başqa
müəlliflərin yazılarının dəfələrlə
ora-burasını dəyişib, təkrar-təkrar öz
imzası ilə çap etdirməklə məşhurdur. Bunu
kişi kimi etiraf etsə dərd yarıdır, amma dəhşətli
dərəcədə kompleksli olan yoldaş Baycanın boynuna
belə şeyləri qoymaq olmaz…
Heç
vaxt oxucu məktublarına cavab yazmaz, çünki öz
istedadına bələd olan Seymur bilir ki, fərli adam onun
yazılarından xoşlanmaz. Xəstəlik dərəcəsində
xəsis adamdır. Hələ bir yerdə manat xərclədiyini
görən olmayıb. Özü də elə bilir ki, qələmindən
çıxan iki sətri oxuyan hər bir adam onun cibinə pul
basmağa borcludur".
"
Bu
da "
"Əlli
qram pivə içəndən sonra özünü itirir və
qatıqlamağa başlayır. Yaşlı ya cavan, fərqi
yoxdu, özünü bütün yazarlardan ağıllı,
savadlı və istedadlı bilir. fəlsəfəni beş
barmağı kimi bilsə də tabeli mürəkkəb
cümlə yazmaqda çətinlik çəkir və Kamil Vəli
Nərimanoğlu başda olmaqla, hamını
savadsızlıqda ittiham edir".
"Alma"
qəzetinin şef redaktoru Zahir Əzəmətin özü
haqqında da tənqid ruhlu məlumat verilib və buna görə
bütün başqa yazılanların da obyektiv gerçəklik
olduğuna inanmamaq olmur.
P.S.
Belə məlum olur ki, bu mətinlərin dərc olunduğu
"
P.P.S.
Vaxtilə Yazıçılar Birliyinin büdcə xərcləri
haqqında yalan məlumatları müxalifət mətbuatına
ötürən Akif Əli adlı bir hökumət məmuru
da fürsəti fotə verməyib, böhtançılar
yarışına qoşuldu. Vaxtilə uydurmalarına görə
Yazıçılar Birliyi sıralarından qovulmuş bu adam
ümid edir ki, Birliyin rəhbərliyi dəyişsə, onun
da adı 37-ci ilin repressiya qurbanlarının xatirə lövhəsinə
yazılacaq. Amma unudur ki, o vaxt da, indi də böhtan və
şər atan danosçuların adı başqa bir
siyahıya - tarixin qara siyhısına düşür.
Ədəbiyyat qəzeti.-2009.-1
may.-S.7.