Təqdimat

 

Bu günlərdə Abdulla Şaiqin mənzil muzeyində muzeyin yeni nəşr etdirdiyi kitabın, Abdulla Şaiqin böyük türk şairi mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi"sindən tərcümə etdiyi "İbrət müqabilə, yaxud ümmətlər ixtilafı" kitabının təqdimat mərasimi keçirildi.

Əsəri muzeyin əməkdaşı İnstitutun böyük elmi işçisi Arif Ramazanov ərəb əlifbasından müasir əlifbaya transliterasiya edib.

Tədbirdə A.Ramazanov, filologiya elmləri doktoru A.Bayramoğlu, filologiya elmləri namizədi P.Əlioğlu, sənətşünaslıq namizədləri Ü.Talıbzadə, M.Əsədli, şair-publisist Ş.Gündüz, A.Hacızadə, G.Rəsulova, 189 saylı məktəbin şagirdi F.Kərimzadə çıxış etdilər. Onlar ədibin geniş tərcüməçilik fəaliyyəti haqda maraqlı fikirlər səsləndirdilər. Mərasimdə Mədəniyyət İncəsənət Universitetinin müəllimləri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, C.Məmmədquluzadə, L. M.Rostropoviçlər ev muzeylərinin əməkdaşları iştirak etdilər.

Tədbirdə Abdulla Şaiqin tərcümə yaradıcılığı haqqında hazırlanan viziual görüntülər təqdim edildi.

 

 

   A.Hacızadə

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.6.