Heydər Əliyev-86

 

Mən Heydər Əlirza oğlunu çox yaxşı tanıyırdım, onun dəvəti ilə dəfələrlə evində olmuşam... Deyə bilərəm ki, o, son dərəcə valehedici olduqca maraqlı bir insan idi. Musiqini çox sevirdi, onu qiymətləndirirdi musiqi sənətindən çox yaxşı hali idi. Yadımda qalan ən başlıcası isə budur ki, Heydər Əlirza oğlu həmişə ətrafındakı insanlarda, partiya fəallarında ciddi musiqiyə məhəbbət aşılayırdı. Çox yaxşı xatirimdədir, Heydər Əlirza oğlu bütün partiya fəallarını, sözün əsl mənasında, simfonik musiqiyə qulaq asmağa vadar edirdi. O, az qala həftədə iki dəfə simfonik konsertlər seriyası təşkil edir məxsusi bunun üçün Moskvadan tanınmış musiqiçiləri, məşhur orkestrləri dəvət edirdi. Heydər Əlirza oğlu Rusiyada məşhur olan musiqişünas Janna Dozortsevanı da mühazirələr oxumaq üçün Bakıya dəvət edirdi. Bütün bunları o, təşkil edirdi, çünki musiqini çox sevirdi istəyirdi ki, hamı da sevsin. Axı partiya işçilərindən çox az adam klassik, simfonik musiqiyə maraq göstərirdi...

Bundan başqa, Azərbaycan bəstəkarları dəstəsi Sovet İttifaqında ən görkəmlilərindən biri idi Heydər Əlirza oğlu həmişə Azərbaycanın istedadlı musiqiçilərinə himayədarlıq edirdi. Xatirimdədir, Heydər Əlirza oğlu məni azərbaycanlı bəstəkar həmkarlarımı öz evinə qonaq çağırmışdı. Mən orada necə çalıb-oxuduğumuzu, ən başlıcası isə, onun bizimlə birlikdə həm Azərbaycan xalq mahnılarını, həm o vaxt məşhur olan sovet mahnılarını necə oxuduğunu məmnunluq hissi ilə xatırlayıram.

Xüsusi vurğulamaq istəyirəm ki, Heydər Əlirza oğlu böyük dövlət xadimi eyni zamanda Azərbaycanda musiqi mədəniyyətini, sözün əsl mənasında, təbliğ edən bir insan idi. O, bunun inkişafı, dünya musiqi sənətində öz yerini tutması üçün çox görmüşdür.

 

 

Tixon Xrennikov

(SSRİ xalq artisti)

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.1.