Heydər Əliyev tarixi, hətta əfsanəvi şəxsiyyətdir
Vurğulamaq istəyirəm ki, Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında, xeyli çətinləşmiş müasir
dünya şəraitində
də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində
olmuşdur.
Heydər Əliyev onun yaşıdlarının və
hətta ondan cavan olan bir
çox siyasi xadimin bacarmadığı
xüsusiyyəti - müasir
dövrün ən aktual çağırışlarına
hazır olmağı
nümayiş etdirə
bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və
humanitar dünya görüşünün genişliyi
nəticəsində indi
Azərbaycanda sabitlik,
tolerantlıq, mədəniyyət,
maarifçilik hökm
sürməkdədir. Bütün
bunlar isə Azərbaycan dövlətinin
müasir inkişafını
və tərəqqisini
təmin edəcək
əsas amillərdir.
Bütün bu həqiqətlər qloballaşan bazar iqtisadiyyatı şəraitindəki
dünyanın gözü
önündə cərəyan
edir. Müstəqillik
dövründə qarşılaşdığı
çox böyük çətinliklərə, problemlərə
baxmayaraq, Azərbaycan
həm bölgədə,
həm də dünyada layiqli, demokratik yerini tutmuşdur.
Bu məsələdə isə
həlledici rol, tarixi missiya Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin öhdəsinə
düşür. Çünki
o, müasir dövrün siyasi liderləri arasında böyük ehtiyac duyulan bir şəxsiyyətdir.
Çingiz Aytmatov
Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.2.