Heydər Əliyev-86

 

Heydər Əliyev onunla tanışlıq şərəfi nəsib olmuş bütün insanların qəlbində həmişə yaşayacaqdır. Hesab edirəm ki, o, zəmanəmizin ən görkəmli siyasi xadimlərindən biridir.

Heydər Əliyeviç ədəbiyyatla həmişə çox maraqlanırdı, hətta bir dəfə Yazıçılar İttifaqına gəlmişdi. Bu görüş yazıçıların onu mədəniyyətin cəmiyyət üçün əhəmiyyətini dəqiq dərindən qiymətləndirən çox ağıllı, bilikli insan kimi daha yaxından tanımasına imkan verdi.

...Heydər Əliyeviç şəxsən mənim diqqətimi öz yenilməz xarakteri ilə daha çox cəlb etmişdir. O, çox ağır bir vəziyyətə düşmüşdü siyasətçilərdən kimsə çətin ki, öz həyatına taleyinə belə çevik, belə cəsarət mərdliklə yanaşa bilərdi. O, həqiqətən, taleyin hökmünə tabe olmadı. Bax, bu, məncə, çox dəyərli keyfiyyətdir. O, xeyli müddət Naxçıvanda yaşadı, nəhayət, elə bir gün gəlib çatdı ki, doğma xalqı onu yenidən dövlətə başçılıq etməyə ölkəni uğurla irəliyə aparmağa çağırdı.

Mənim bəxtim gətirmişdi: mən Heydər Əliyeviçlə bir neçə dəfə təkbətək görüşmüşəm. Əlbəttə, bu, onun tərəfindən mənə göstərilən alicənablıq idi. O, məni bir sıra yoldaşlarımı böyük Azərbaycan şairi Füzulinin yubileyinə şəxsən dəvət etmişdi. Yubileydən sonra ziyafət zamanı bir nəfər yanıma gəlib dedi ki, Heydər Əliyeviç mənim ona yaxınlaşmağımı istəyir. Əlbəttə ki, bu, mənim üçün böyük şərəf idi. Çünki belə ağıllı insanla ünsiyyətdə olmaq həmişə maraqlıdır, qələm sahibi üçün isə çox vacibdir. Biz söhbət etdik.

...Heydər Əliyeviç öz ölkəsinə rəhbərliyə gələndə, zənnimcə, onun xidmətlərindən biri bu oldu ki, o, Qarabağ üstündə gedən müharibəni dayandıra bildi, qan tökülməsinə onun səyləri ilə son qoyuldu. Bundan əlavə, o, Azərbaycan Respublikasının beynəlxalq aləmdə yeni status almasına həqiqətən nail oldu. Bu da misilsiz xidmətdir, çünki milli ləyaqətin tapdalanması həyatda ən kədərli haldır. Bu isə çox vaxt insanların, cəmiyyətin ya dövlətin təqsiri ucbatından deyil, müxtəlif şərait üzündən baş verir. Bu halların qarşısını kəsmək onları dəf etmək, aradan qaldırmaq rəhbər siyasətçi üçün böyük hünərdir.

Azərbaycanda ilkin neftin çıxarılması münasibətilə mənim iştirak etdiyim şənlikləri xatırlayıram. Bütün bunların Azərbaycanda necə böyük sevinclə, necə ləyaqətlə qürur hissi ilə qeyd edildiyini Heydər Əliyevin necə sevildiyini görürdüm.

Sevimli şairim Bəxtiyar Vahabzadənin yaradıcılıq gecəsində olmağım da yadımdadır. Bildiyiniz kimi, mən onun əsərlərini tərcümə etmişəm. Həmin tədbirdə Heydər Əliyeviç kiçik bir söhbətlə mənə böyük şərəf göstərdi. Onun mənə dediyi sözlər qəlbimdə ömürlük dərin izlər buraxdı orada xüsusi yer tutdu.

...Zənnimcə, Heydər Əliyevin oğlunun - İlham Əliyevin Prezident seçilməsi respublika üçün çox yaxşıdır. Axı, sirr deyil ki, İlham Əliyev çox savadlı adamdır, yüksək insani keyfiyyətlərə malikdir. Mənə elə gəlir ki, belə atanın oğlu başqa cür ola da bilməz. Ümidvaram ki, Heydər Əliyevin həyata keçirməyə başladığı oğlunun da bu ya digər şəkildə iştirak etdiyi işlər davam etdiriləcək yeni-yeni uğurlar əldə ediləcəkdir.

 

 

Rimma KAZAKOVA

(tanınmış rus şairi):

 

Ədəbiyyat qəzeti.-2009.-8 may.-S.2.