Qızıl kəlmə" ədəbi
mükafatı təqdim
edildi
Mədəniyyət
və Turizm Nazirliyinin ümummilli lider Heydər Əliyevin
anadan olmasının 86-cı ildönümünə həsr
edilmiş tədbirlər planı çərçivəsində
təsis etdiyi "Qızıl kəlmə" ədəbi
mükafatının təqdimetmə mərasimi aprelin 6-da Rəşid
Behbudov adına Mahnı Teatrında keçirildi.
Ötən
ilin iyulundan elan olunmuş mükafata 4 nominasiya üzrə 38
adda əsər təqdim edilib. Onlardan 12-i nəsr, 12-i poeziya,
11-i publisistika və ədəbi tənqid, 3-ü isə tərcümə
əsəri olub. Müsabiqənin nəticəsində 7
müəllif mükafata layiq görülüb, 2 müəllifə
isə "Şans ödülü" həvəsləndirici
mükafatı verilib.
Mükafat
komissiyasının sədri, mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev təqdimetmə mərasimində
çıxış edərək bu təşəbbüsün
real olaraq Azərbaycanda ədəbi prosesin dəyərləndirilməsinə
müəyyən bir təkan verdiyini qeyd etdi: "Onu da qeyd
etmək lazımdır ki, cənab Prezident İlham Əliyev mədəniyyətimizə
göstərdiyi diqqət və qayğı ilə ulu öndər
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Dövlət
başçısının mədəniyyətin
inkişafı yönündə imzaladığı sərəncamlar,
verdiyi fərmanlar bu sahənin daha da çiçəklənməsinə
xidmət edir. O da danılmazdır ki, ulu öndər Heydər
Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın
müasir, çağdaş, klassik ədəbiyyatı ciddi
şəkildə formalaşmağa başladı. Bu gün
biz bu siyasətin məntiqi davamı olaraq
çalışırıq ki, müstəqil Azərbaycanımızın
ədəbi prosesinin inkişafını təmin edək, əsasən
də oxucuların maraqlarını qoruyaq. Bu baxımdan da
nazirlik uğurlu tərcümələri, yeni nəşrləri
və layihələri, yaradıcı axtarışları dəstəkləyir".
Sonra
nazir yeni “Qızıl kəlmə” mükafatının bu ilk
təqdimatında komissiya üzvlərinin çox
böyük iş gördüklərini, obyektivlik
nümayiş etdirdiklərini və yalnız əksər səs
çoxluğu ilə qalibləri müəyyənləşdirdiklərini
qeyd etdi.
Tədbirdə
Milli Məclisin üzvü, filologiya elmləri doktoru, professor
Nizami Cəfərov da mükafat komissiyasının üzvləri
adından çıxış etdi. O, ölkədə
aparılan əzəmətli quruculuq işləri ilə
yanaşı, dövlət başçısı İlham Əliyevin
mədəniyyət, ədəbiyyat və incəsənət
adamlarına xüsusi diqqət ayırdığını ulu
öndər Heydər Əliyev siyasətinin davamı və təntənəsi
kimi qiymətləndirdi. N.Cəfərov bugünkü
“Qızıl kəlmə” ədəbi mükafatının təqdimat
mərasiminin də məhz bu siyasi xəttə xidmət edən
ədəbi hadisə kimi tarixə düşdüyünü
vurğuladı.
Sonra
mükafatların təqdimat mərasimi başladı. Publisistika
sahəsində “Qızıl kəlmə”
mükafatının ilk qalibi “Görkəmli adamların həyatı”
seriyasından olan “Heydər Əliyev” əsərinə
görə müəllif, Milli Məclisin üzvü, yazıçı-dramaturq
Hüseynbala Mirələmov oldu. Mükafatı qalibə
komissiyanın sədri, mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev təqdim etdi.
Məhz
bu əsərinə görə aldığı “Qızıl
kəlmə” mükafatının onun həyatında çox
əlamətdar bir hadisə olduğunu vurğulayan
yazıçı Hüseynbala Mirələmov, ümummilli
lider Heydər Əliyevin onun taleyində həmişə
böyük rolu olduğunu tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. “Mən bu mükafatı da ulu öndər
Heydər Əliyevdən yazdığım əsərə
görə aldığım üçün böyük
qürur hissi keçirirəm” – deyə H.Mirələmov
çıxışını tamamladı.
Nəsr
sahəsində yazıçı, Milli Məclisin
üzvü, Aqil Abbasa “Dolu” romanına, yazıçı-
dramaturq Elçin Hüseynbəyliyə “On
üçüncü həvari — Don Juan” romanına, poeziya sahəsində
şair Zakir Fəxriyə “Qalmaz belə, qalmaz dünya” əsərinə,
Taleh Həmidə dördcildliyinin iki cildinə, bədii tərcümə
sahəsində Saday Budaqlıya M.Bulqakovun “Master və
Marqarita” romanına, Məmməd Oruca G.Lətifxanın “Azər
və Aida” romanının tərcüməsinə görə
“Qızıl kəlmə” mükafatı təqdim olundu.
Yunis
Oğuz “Nadir şah”, Səlim Babullaoğlu isə “İlyas
Göçmənin şəkil dəftəri” əsərlərinə
görə həvəsləndirici “Şans ödülü”
mükafatına layiq görüldülər.
Mərasim
tanınmış müğənnilərin
çıxışı ilə başa çatdı.
Sərvaz
Ədəbiyyat qəzeti.-2009.-8
may.-S.7.