İllər, dahilər

 

Füzuli təkcə Şərqdə yox, müsəlman aləmində, türk dünyasında deyil, bütün dünyada, o cümlədən, inkişaf etmiş Qərb ölkələrində çox məşhur olmuşdur.

…Azərbaycan xalqının həyatı böyük, çətin mərhələlərdən keçmişdir. Ancaq bütün çətinlikləri keçməkdə Azərbaycan xalqına onun böyük insanlarının, böyük şəxsiyyətlərinin yaratdıqları sənət əsərləri kömək etmişdir. Füzuli bunların arasında görkəmli yer tutur.

Füzuli keçmişdə türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi türk dünyası XX əsrdə parçalanmış olduğu bir halda, türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənəsinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır. Bu gün biz həm Azərbaycanda, həm Füzulinin doğulduğu yerdə - Kərbalada, Bağdadda, həm Ankarada, Türkiyədə Füzulinin 500 illiyini qeyd edərkən artıq keçmişdəki kimi parçalanmış vəziyyətdə deyilik. İndi böyük Türkiyə Cümhuriyyəti ilə yanaşı digər türk cümhuriyyətləri vüqarla dayanmışdır.

 

(Heydər Əliyev - "M.Füzuli türkləri birləşdirən şəxsiyyətdir",   2 noyabr 1994-cü ildə Türkiyə Böyük Millət Məclisində çıxışından)

 

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.1.