Rəhman Əlizadə: Pyeslər

 

M.Qorki adına Mərkəzi Səyyar Kitabxana fondunda tanınmış dramaturq rejissor, əməkdar incəsənət xadimi Rəhman Əlizadənin "Pyeslər" silsiləsindən ikinci kitabının təqdimat mərasimi keçirilmişdir. Yığıncağı kitabxananın direktoru Nüşabə Ələkbərova açmışdır. Mərasimdə xalq artistləri Azərpaşa Nemətov, Afaq Bəşirqızı, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu, "Qızıl Dərviş" mükafatçısı, aktyor Məmməd Səfa, əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu b. çıxış edərək Rəhman Əlizadənin dramaturq, nasir kimi yaradıcılıq məziyyətlərindən söhbət açmış, son 20-25 ildə yazdığı pyeslərin səhnə sənətimizə təsirindən söhbət açmışlar. Onlar qeyd etmişlər ki, təvazökarlığı, işinə məhəbbəti ilə seçilən Rəhman Əlizadənin ötən il nəşr olunan "Pyeslər" kitabında səkkiz, təqdimatı keçirilən indikində isə 12 komediyası toplanmışdır. Onun yaradıcılığı təkcə komediyalarla məhdudlaşmır. Dramaturji növün digər sahələrində yazıb-yaradan Rəhman Əlizadənin xeyli dram əsəri öz nəşrini gözləyir. O da qeyd olunmuşdur ki, dramaturqun qələmindən çıxan pyeslərin əksəriyyəti Milli Akademik Dram Teatrının, Şəki Dövlət Dram Teatrının, Azərbaycan Dövlət Gənclər Teatrının, Dövlət Kukla Teatrının s. səhnə ocaqlarının səhnələrində uğurla tamaşaya qoyulmuşdur. Çıxışçılar qeyd etmişlər ki, dramaturq rejissorluqla da məşğul olduğundan, teatr təhsili aldığından o, səhnənin tələblərini, dramaturji qanunları da yaxşı bilir. Onlar R.Əlizadənin mərhum rejissor Hüseynağa Atakişiyevlə yaradıcılıq əlaqələrini diqqətə çatdırmış, ona həm dramaturq, həm rejissor kimi yaradıcılıq uğurları arzulamışlar.

Məclisin sonunda Rəhman Əlizadə Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəhbərliyinə, Qorki adına Kitabxana fonduna, məclisin bütün iştirakçılarına təşəkkürünü bildirmişdir.

Bir neçə gün bundan əvvəl isə S.Vurğun adına Rus Dram Teatrında Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən Satira Teatr Studiyasının açılış mərasimi olmuşdur. Rəhman Əlizadənin bədii rəhbərliyi ilə fəaliyyət göstərən studiyanın ilk tamaşası onun "Vicdansız" əsəri olmuşdur. Tamaşada müasir dövrümüzdə baş verən qüsurlar, çatışmazlıqlar, cəmiyyəti narahat edən problemlər satirik boyalarla öz əksini tapır. Studiyanın aktyor heyəti Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin sonuncu kurs tələbələrindən təşkil olunmuşdur.

 

 

A.Hacıbabayev

 

Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.5.