Günün sözü

 

“...Xüsusi oxuyurdum

 

Ədəbi həyatımıza gərəyincə bələd olan —"Ədəbiyyat qəzeti"ni ardıcıl oxuyan hər kəs əsrin dörddə üçünə bərabər bir dövrün mənəvi-mədəni salnaməsi barədə ulu öndərin başlığa çıxarılmış məlum-məşhur sözlərini, şübhəsiz ki, doğma ədəbiyyatımıza, mədəniyyətimizə böyük şəxsiyyətin yüksək münasibəti kimi xatırlayır dərk edir.

Onun başladığı işləri davam inkişaf etdirən varisinin ədəbiyyata, sözə-sənətə, ümumən mədəniyyətə, belə xüsusi bir münasibət göstərməsi tamamilə təbiidir. Möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevin Azərbaycan Yazıçılar Birliyinin 75 illiyi ilə yanaşı həm onun ədəbi orqanı - "söz sənəti problemlərinə, klassik irsə aktual yaradıcılıq məsələlərinə dair səhifələrində dərc etdiyi yazılarla müasir ədəbi prosesə töhfələr" vermiş "Ədəbiyyat qəzeti"nin nəşrə başlamasının 75 illik yubileyinin ölkə miqyasında qeyd olunması barədə mayın 18- verdiyi tarixi Sərəncam ədəbi ictimaiyyətin, ədəbiyyatımızı sevən layiqincə qiymətləndirən hər kəsin ürəyincə olmuşdur.

Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir intellektual mülkiyyətidir" - söyləyən ulu öndər Azərbaycan yazıçılarının X qurultayındakı nitqində deyirdi: "Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını böyük iftixar hissi ilə çəkirik onların əsərlərini oxuyaraq xalqımızın qədər dahi, müdrik istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda, dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Öyünməyə haqqımız var. Çünki bu böyük insanlar nəinki bizim xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar. Onlardan sonra gələn nəsillər bu ənənəni, xüsusiyyəti davam etdirmişlər.”

Ümummilli lider ölməz sənət dühalarımızın əvəzsiz xidmətlərindən biri kimi haqlı olaraq onların ana dilimizin inkişafı, zənginləşməsi, zərgər səliqəsilə işlənməsi sahəsindəki böyük yaradıcılıq zəhmətini vurğulayır.

Heydər Əlirza oğlunun yüksək qiymətləndirdiyi, güneyli-quzeyli Azərbaycanın böyük söz ustası Şəhriyarın bu məşhur misraları dahi siyasət xadiminin milli-mənəvi varlığımıza verdiyi müstəsna əhəmiyyətlə demək olar üst-üstə düşür. Ustad Şəhriyar doğma dilinin sənətkarlıqla cilalanması sahəsində çəkdiyi zəhmətdən, əzab-əziyyətdən nəinki usanmır, əksinə, bununla haqlı olaraq fəxr edir:

 

Türki bir çeşmə isə, mən onu dərya elədim.

 

***

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan bu əsil dil əsil olmaz.

 

***

Türki, vallah, analar oxşarı lay-lay dilidir,

Dərdimi mən bu dəva ilə müdəva elədim!..

 

"Ədəbiyyat qəzeti"nin keçdiyi 75 illik yol xalqımızın məlum hadisələr səbəbindən üzləşməli olduğu mübarizələrlə dolu enişli-yoxuşlu yolun, eyni zamanda, böyük quruculuq, yaradıcılıq yolunun sənət adamlarının taleyindən keçən tarixidir.

Bu tarix zəngin olduğu qədər şərəflidir.

"Mənim bu qəzetə çox böyük hörmətim olubdur. qəzet həqiqətən bizim xalqımız üçün çox xidmətlər göstəribdir" - deyən ulu öndər özü, məlum olduğu kimi, siyasi fikrin ana dilində ifadəsində sözün son imkanını səfərbər etmişdir. Bu qüdrət isə, şübhəsiz, dahi füzulinin bədii fikrin ana dilində ifadəsində sözün son imkanını səfərbər etmək qüdrəti ilə müqayisə oluna bilər.

"Ədəbiyyat qəzeti" mövcud olduğu bir əsrə yaxın dövr ərzində Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qədim tarixə malik mənəvi sərvətini yorulmadan tədqiq-təhlil edən, xalqımızın elmi-bədii fikir xəzinəsini qiymətli nümunələrlə zənginləşdirən görkəmli söz-sənət adamlarının yaradıcılığını özündə hifz eləyən əvəzsiz bir salnamədir.

Ümumən ədəbiyyatımıza, eləcə "Ədəbiyyat qəzeti"nə göstərilən bu günkü böyuk qayğını eyni zamanda böyük etimad kimi qəbul edirik. Qəzetimizin əməkdaşları müəllif oxucuların yaxından köməyi ilə bu etimadı, heç şübhəsiz, layiqincə doğrultmağa çalışacaqlar.

 

 

Ayaz Vəfalı

 

Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.1.