“Nadir sah” – 110

 

Tarixi faciə

 

N.Nərimanov "Nadir şah" faciəsi ilə Azərbaycan dramaturgiyasına Puşkin, Şekspir ənənələrini, "Boris Qodunov" üslubunu gətirmişdir.”

 

Akademik Məmməd Cəfər

 

XIX əsrin son illəri… III Aleksandr adına Bakı Kişi Gimnaziyasının Azərbaycan dili müəllimi, 28 yaşlı Nəriman Nərimanov "Nadanlıq", "Dilin bəlası", "Bahadır Sona"dan sonra növbəti əsərini - "Nadir şah"ı qələmə alarkən heç düşünmürdü ki, Azərbaycan ədəbiyyatında tarixi faciə janrının əsasını qoyur. Maddi gəlir təmənnasında ya məşhurluq iddiasında da deyildi. Sadəcə düşünür axtarırdıAdi bir müəllim kimi kəndli balalarına dərs deyəndə , yazıçı, aktyor, həkim, ictimai-siyasi xadim kimi qızğın fəaliyyətdə olanda da yalnız bir məsələ haqqında - azad, xoşbəxt insanların yaşadığı sivil cəmiyyət onun yaradılması yolları barədə düşünürdü. Düşüncələri sözə çevrilir, qələmindən kağızlara süzülürdü. İllər keçəcək yer üzündə istismarın köləliyin məhvini öz məramına çevirən Nərimanın həyatı boyu göstərdiyi bütün çabalar məhz bu arzunun gerçəkləşməsinə xidmət edəcəkdi

Hələliksə o, maarifçilik dünyagörüşünün bəhrəsi, dramaturji yaradıcılığının şah əsəri olan "Nadir şah"ı yaratmışdı indi onu əsərin çapı tamaşaya qoyulması uğrunda gərgin mücadilələr gözləyirdi

N.Nərimanov əsərin mövzusunu XVIII əsrin I yarısnıda İranda Səfəvilər sülaləsindən sonra xalqın ordunun köməyi ilə taxta çıxıb 11 il (1736-1747) hökmranlıq edən Nadir şahın həyatı şahlığı haqqındakı tarixi əsərlərdən almış, süjetdə həmin dövr İran tarixinin real fakt hadisələrindən istifadə etmişdir.

Onun bu mövzuya müraciət etməsi təsadüfi deyildi. Söz azadlığının olmadığı bir vaxtda ciddi aktual problemlərə toxunmaq qabaqcıl ideyaları təbliğ etmək üçün o, sələfi M.F.Axundovun üsulundan istifadə etmiş, hadisələri tarixi keçmişə başqa məkana köçürmüşdü.

Dramaturq Səfəvilər nəslindən olan iki şahın devrilməsini səhnəyə gətirməklə avam camaatı ayıq olmağa, real düşünməyə vadar edirdi. Sonralar Nərimanov bu barədə yazırdı: "Nadir şah" tarixi faciəmdə mən şahın şəxsiyyətini heçə endirmişəm başa salmaq istəmişəm ki, qaranlıqda qalan kütlənin adət olaraq qəbul etdiyi kimi, hökmdarın şəxsiyyəti heç müqəddəs deyil əgər o, məmləkəti idarə edə bilmirsə, onu tapdalayıb keçmək olar".

Nadirin xalq içərisindən çıxması, taxt-taca varisliklə deyil, mübarizə ilə sahib olması, saraya digər şahlardan fərqli olaraq həyati əhəmiyyətli mühüm yeniliklər gətirməsi N.Nərimanovun öz məramını ifadə etmək üçün vasitə idi. Nərimanov Nadirin faciəsini despotizm quruluşu şəraitində xalqa kömək etmək istəyən bütün xeyirxah, qeyrətli insanların faciəsi kimi ümumiləşdirmiş, mütləqiyyət hakimiyyəti şəraitində xalqla dövlət arasındakı uçurumun islahatlar yolunda mühüm maneə olduğunu onun demokratik xalq quruluşu ilə əvəz edilməsinin zəruriliyini göstərmişdi.

Elə bu səbəbdən əsər nəşr olunmaq üçün təqdim edilərkən hökumət dairələri çar senzurası tərəfindən narazılıq qəti etirazla qarşılanır. Qafqaz canişini əsərin əlyazmasını məhv etmək qərarına gəlir. Nərimanov bunun səbəbini soruşduqda senzor: "Səbəb bir əsərdə iki padşahın camaat tərəfindən taxtdan salınması xalq nümayəndəsinin padşah seçilməsidir" cavabını verir. N.Nərimanov: "Axı bu, tarixi faktdır!" - deyə etiraz etdikdə: "Bəli, lakin hər bir faktı qəbul emək olmaz" cavabını alır.

Çox uzun süründürməçilikdən sonra Qafqaz Senzura komitəsi 1899-cu il yanvarın 22-də əsərin çapına icazə verir "Nadir şah" tarixi faciəsi həmin il Bakıda "Aror" mətbəəsində H.Z.Tağıyevin xərci ilə 1200 tirajla çap edilir. Əsərin ikinci nəşri isə 15 il sonra - 1913-cü ildə N.Nərimanovun ciddi təshihlər etdiyi yeni variantda Orucov qardaşlarının mətbəəsində çap edilir (əsərin həmin nəşrinin bir nüsxəsi hazırda N.Nərimanovun xatirə muzeyində mühafizə olunur nümayiş etdirilir). Tamaşaya qoymaq üçünsə icazə yalnız 1906-cı ildə verilir əsər dərhal iki dildə - Azərbaycan rus (N.Nərimanovun özünün tərcüməsində) dillərində tamaşaya hazırlanır. Lakin məhərrəmliyə təsadüf etdiyi üçün Azərbaycan dilində aparılan məşqlər müvəqqəti olaraq dayandırılır ilk tamaşa rus dilində 1906-cı il fevralın 8-də baş tutur, 7 ay sonra - 1906-cı il sentyabr ayının 8-də əsər Azərbaycan dilində ilk dəfə tamaşaçılara göstərilir. Tamaşa hər iki dildə böyük müvəffəqiyyət qazanır Azərbaycan teatrı repertuarında möhkəm yer tutaraq uzun illər səhnədən düşmür. Demək lazımdır ki, çox böyük maraq doğurduğu üçün əsər elə həmin illərdə bir sıra başqa dillərə tərcümə edilərək müxtəlif yerlərdə tamaşaya qoyulur.

Azərbaycan səhnəsinin görkəmli simalarından Cahangir Zeynalov, Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mustafa Mərdanov, Möhsün Sənani, Mirzağa Əliyev başqaları Nərimanovun bütün dram əsərlərində, eləcə "Nadir şah" faciəsində müxtəlif rolları ifa etmişlər. Hüseyn Ərəblinski 1907-ci ilin əvvəllərindən başlayaraq ömrünün sonuna qədər dəfələrlə Nadir şah rolunda böyük sənətkarlıqla çıxış etmişdir. faciəli ölümünə bir gün qalmış oynadığı son rolu da Nadir şah olmuşdur.

"Nadir şah" tamaşası 1906-cı ildən başlayaraq 30-cu illərə qədər Bakıda Azərbaycanın müxtəlif yerlərində, eləcə Tiflisdə, Krımda, Baxçasarayda, Həştərxanda, Moskva Tehranda dəfələrlə tamaşaya qoyulmuşdur.

Tamaşanın qastrol səfərlərinin ünvanı da çox zəngin rəngarəngdir - İran, Türkiyə, Rusiya, Orta Asiya Respublikaları, Dağıstan, Çeçenistan s. Son dövrlərdə isə əsər 1996-1997-ci illərdə Bakıda "Gənc Tamaşaçılar Teatrı"nın səhnəsində oynanılmış, Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında Türkiyəyə qastrolları zamanı İstanbulda digər şəhərlərdə nümayiş etdirilmişdir. Nadir şah rolunun son ifaçısı isə respublikamızın əməkdar artisti Azad Şükürov olmuşdur.

Bu il "Nadir şah" tarixi faciəsinin ilk nəşrindən 110 il keçir. Çap olunub tamaşaya qoyulduğu vaxtdan etibarən həmişə ədəbiyyatşünasların teatr tənqidçilərinin diqqət mərkəzində olmuş bu əsər haqqında ilk sözü görkəmli ədəbiyyatşünas Firidun Köçərli demişdir. Ümumiyyətlə, N.Nərimanovun ədəbi irsi dəfələrlə təkrarən nəşr olunmuş tədqiq edilmişdir. "Nadir şah" əsərinin rus, fars, tatar, kumık digər dillərə tərcümə edildiyi nəşr olunduğu məlumdur. Müxtəlif illərdə M.Quliyev, H.Zeynallı, B.Çobanzadə, Mir Cəlal, Əziz Şərif, M.İbrahimov, V.Məmmədov, T.Əhmədov, A.Zamanov, Y.Qarayev, X.Məmmədov, X.Əlimirzəyev, M.İbrahimova, A.Hacıyeva başqaları elmi məqalələrində ilk milli tarixi faciə haqqında maraqlı fikirlərini, elmi mülahizələrini söyləmişlər. Filologiya elmləri namizədi Elçin Cabbarovun "Azərbaycan ədəbiyyatında ilk tarixi faciə" monoqrafiyası da "Nadir şah"ın tədqiqinə həsr edilmişdir.

Tarixi həqiqətlə bədii həqiqətin vəhdətindən yaranmış "Nadir şah" əsəri həm milli teatrımızın inkişafında bütöv bir aktyorlar nəslinin yetişməsində mühüm rol oynamışdır.

 

 

Rəna QƏHRƏMANOVA

 

Ədəbiyyat qəzeti.-2009.-22 may.- S.7.