Beynəlxalq Məxdumqulu günləri

 

Bu günlərdə yeni türkmən ədəbiyyatının ədəbi dilinin banisi XVIII əsrin görkəmli şairi Məxdumqulu Piraqinin doğum günü ilə əlaqədar olaraq Aşqabaddakı Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin böyük akt zalında "Məxdumqulu ədəbiyyat mədəniyyət günləri" adlı təntənəli ədəbi tədbir keçirilib.

Dünyanın 15 ölkəsindən dəvət olunmuş qonaqlar arasında tədbirdə həmyerlimiz, AMEA Naxçıvan Bölməsinin İnsəsənət, Dil Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev iştirak edib. Həmyerlimizin tədbirdə "Məxdumqulu Piraqi Azərbaycan-türkmən ədəbi əlaqələri" mövzusunda məruzəsi dinlənilib.

Qeyd edək ki, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev bu gün xoş bir təsuratla vətənə qayıdıb. Onun bizə verdiyi məlumata görə tədbir şairin İran İslam Respublikasındakı qədim türkmən bölgəsi olan Türkmənsəhradakı məzarının böyük bir nümayəndə heyəti ilə ziyarət edilməsi ilə başa çatıb. Tədbirin sonunju günü elm adamları Aşqabad şəhərinin görkəmli yerləri ilə yaxından tanış olublar.

 

 

B.Türkanə

 

Ədəbiyyat qəzeti.-2009.-22 may.-S.7.