Komik gülüşün sərrafı

 

Azərbaycan dramaturgiyasının kamil tədqiqatçıları arasında Arif Səfiyevin ayrıca yeri var. Onun adı Məmməd Arif, Əli Sultanlı, Mehdi Məmmədov, Yaşar Qarayev kimi müqtədir alimlərin sırasında çəkilə bilər. Arif Səfiyev Əli Sultanlının tələbəsi, Məmməd Arifin aspirantı, Mehdi Məmmədovun həmsöhbəti, Yaşar Qarayevin dostu-dərdişi olub. Onun tənqidçi "mən"i, alim şəxsiyyəti T.Hacıyev, Ş.Salmanov, Elçin, A.Hüseynli, Q.Kazımov kimi istedadlı yazıçı filoloqların əhatəsində, onlarla qarşılıqlı elmi təmasda formalaşıb. A.Səfiyevin gənclik illəri Nizami adına Ədəbiyyat İnstitutunda, respublikanın ən nüfüzlü ədəbiyyatşünaslıq mərkəzində keçib. Öz biliyi, mütaliəsi, təvazökarlığı xeyirxahlığı ilə həmkarlarının rəğbətini qazanıb, onlarda özünə qarşı böyük simpatiya oyadıb.

A.Səfiyev konkret elmi tədqiqat obyekti, təhlil predmeti olan alimdir. Onun məqalə kitablarının baş mövzusu XX əsr Azərbaycan dramaturgiyasının müasirlik keyfiyyəti, janr, üslub özünəməxsusluğu, ədəbi-tarixi prosesdəki yeri, inkişaf problemləri, bu dramaturgiyanı yaradan yazıçıların bədii sənətkarlığıdır. Alimin M.F.Axundzadə, C.Cabbarlı, M.İbrahimov, İ.Əfəndiyev başqa dramaturqlar haqqında məqalələri var. "Ədəbi proses" kitablarına yazdığı icmallarda o, İ.Qasımov, Anar, Ə.Əylisli, Elçin, İsi Məlikzadə, Rüstəm İbrahimbəyov kimi yazıçıların dram əsərlərindən ətraflı söhbət açıb, lakin A.Səfiyevin yaradıcılığında Sabit Rəhman dramaturgiyasının tədqiqi daha geniş yer tutur. Onun iki monoqrafiyası bilavasitə Sabit Rəhman dramaturgiyasının elmi tədqiq təhlilinə həsr edilmişdir.

Məlum olduğu kimi, Sabit Rəhmanın yaradıcılığı hələ yazıçının ilk pyeslərinin tamaşaya qoyulduğu illərdən ədəbi-ictimai fikrin diqqətini cəlb etmiş, A.Səfiyevə qədər onun dramaturji əsərlərinin bədii məziyyətləri səhnə təcəssümü haqqında S.Vurğun, M.Hüseyn, M.Arif, C.Cəfərov, M.Məmmədov, Ə.Ağayev kimi məşhur ədiblər söhbət açmış, "Toy" müəllifinin bədii-dramaturji istedadını, cəmiyyətdəki disharmoniyanı insan mənəviyyatındakı deformasiyaları komik gülüşün predmetinə çevirə bilmək bacarığını layiqincə qiymətləndirmişlər. Lakin bütün bunlar Sabit Rəhmanın Azərbaycan dramaturgiyasının inkişaf tarixində mövqeyini xidmətlərini müəyyənləşdirmək üçün kifayət deyildi. Yazıçının komediya yaradıcılığını tam halda, özü müasir ədəbi proseslə üzvi əlaqədə sovet komedioqrafiyasının ümumi kontekstində araşdırıb təhlil etmək zərurəti var idi. A.Səfiyev Sabit Rəhman haqqında tədqiqatında xüsusilə, "Sabit Rəhmanın komediyaları" "Sabit Rəhman" monoqrafiyalarında bu elmi vəzifəni yerinə yetirdi.

Başqa tədqiqatçılardan fərqli olaraq A.Səfiyev Sabit Rəhman dramaturgiyasını konkret problemlər üzrə təhlil edir. Bu təhlillərdə bir tərəfdən yazıçının dramaturgiyasının ideya-məzmun problematikası, onun komediyalarının janr-üslub xüsusiyyətləri, real varlığı inikas üsulu kimi komik gülüşün mahiyyəti Sabit Rəhman yaradıcılığında təzahür formaları, ikinci tərəfdən yazıçının bir sənətkar kimi yetkinləşmə prosesi əks olunur. Sabit Rəhman dramaturgiyasının inkişaf yolunun ümumi ədəbi-tarixi proseslə dövrün bədii ədəbiyyat qarşısında qoyduğu tələblərlə vəhdətdə izah edib aydınlaşdıran A.Səfiyev doğru deyir ki, Azərbaycan sovet komediyasının yaranması yüksəlişi Sabit Rəhmanın adı fəaliyyəti ilə bağlıdır. O, XX əsr Azərbaycan ədəbiyyatında yeganə yazıçıdır ki, özünün dramaturji yaradıcılığını tamamilə komediya janrına həsr etmişdir. Sabit Rəhmanın komediyalarından söhbət açmaq müəyyən mənada elə Azərbaycan sovet ədəbiyyatında komediya janrının təşəkkül təkamülündən bəhs etməkdir. A.Səfiyev mövzuya belə geniş aspektdə, konseptual yanaşır S.Rəhman dramaturgiyasının bədii-estetik təkamül mərhələlərini bütövlükdə Azərbaycan sovet komediyasının inkişaf mərhələləri kimi mənalandırır. Sabit Rəhman komediyalarının A.Səfiyev tərəfindən xronoloji ardıcıllıqla təhlili həmin mərhələlərin səciyyəvi xüsusiyyətlərinin dərindən aydınlaşdırılması məqsədinə xidmət etmişdir. Alim hərtərəfli dərin elmi araşdırmalardan sonra Sabit Rəhman dramaturgiyasının təkamül prosesini belə müəyyənləşdirir: "Sabit Rəhmanın "Toy" "Xoşbəxtlər" komediyaları müasir komedioqrafiyamızın sağlam əsası olmuş, "Aşnalar", "Aydınlıq" "Nişanlı qız" komediyalarında 40- 50-ci illərdə dramaturgiyanın qarşılaşdığı çətinliklər, qazandığı məvəffəqiyyətlər öz ifadəsini tapmış, "Əliqulu evlənir" "Yalan" komediyaları isə Azərbaycan sovet komediyasını yeni yüksəlişə çatdırmışdır".

Sonrakı araşdırmalarında A.Səfiyev özünü yalnız komediya janrının deyil, bütövlükdə Azərbaycan sovet dramaturgiyasının yüksəliş dövrünün tədqiq təhlilinə səfərbər edir. Onun 1970-80-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun çap etdiyi "Ədəbi proses" kitablarında dərc olunan icmallarında elmi təhlilin mərkəzinə həmin dövrün dramaturgiyası gətirilir tənqidçi bu dramaturgiyanın uğur qüsurlarını konkret əsərlərin təhlili əsasında əyaniləşdirir.

Tarix etibarilə 1970-80-ci illərdə yazılmış bu əsərlər özlərinin bədii-estetik kökləri, problematikası etibarilə 60- illərə bağlanırdı; həmin əsərlərin müəlliflərinin çoxu XX əsr Azərbaycan ədəbiyyatının 60-cılar nəslinə mənsub idi. Bütün bunlara görə A.Səfiyev 1960-80-ci illəri milli dramaturgiyanın inkişafında xüsusi mərhələ kimi səciyyələndirərək yeni monoqrafiyanın predmetinə çevirir.

"Azərbaycan dramaturgiyası müasir mərhələdə" adlanan həmin monoqrafiyada müəllif ilk növbədə tədqiq etdiyi mərhələnin dramaturgiyası üçün əlamətdar olan özünəməxsusluqları müəyyənləşdirir; dövrün ictimai ziddiyyətlərini dərindən qavramaq, ictimai həyatın dərin qatlarına enmək, insanın mənəvi aləminə nüfuz edərək dramaturji təsvirin mərkəzinə onun dünyasını gətirmək s. belə xüsusiyyətləri estetik məziyyət kimi dəyərləndirir, bu məziyyətlərin bədii təcrübədəki görüntülərini isə monoqrafiyanın "Dramaturgiyada müasir mövzu: qəhrəman zaman problemi", "Tarixi mövzu onun müasir bədii dərki", "Janrın yeni axtarışları" adlanan fəsillərində tezisləşdirir. Həmin fəsillərdə konkret elmi şərhini tapan problemlər isə bunlardır: sənətkarın mənəvi mövqeyi, qəhrəmanın ictimai fəallığı, tarixi şəxsiyyət müasir ideal, ənənənin tarixi, nəsrin dramatizmi, ədəbi obrazların yeni həyatı, uşaq dramaturgiyasının vəzifələriTənqidçi bu məsələlərin elmi şərhini M.Hüseyn, S.Rəhman, M.İbrahimov, İ.Əfəndiyev, İ.Qasımov, R.İbrahimbəyov, B.Vahabzadə, M.İbrahimbəyov, N.Xəzri, Anar, Ə.Əylisli kimi çox müxtəlif üslublu yazıçıların 1960-80-ci illərdə tamaşaya qoyulmuş pyesləri əsasında verir ki, bu cəhət onun təhlillərinin obyektivliyini inandırıcılığını təmin edir.

Arif Səfiyev komizmin tədqiqatçısıdır. Onun ilk mətbu məqaləsi Mirzə İbrahimovun "Kəndçi qızı" komediyasının təhlilinə həsr olunub. Sonralar dramaturgiyanın müxtəlif janrlarından yazsa da, peşəkarlıq məharətini daha çox komediya janrından bəhs edən məqalə kitablarında büruzə verib. Komik konflikt xarakter, varlığın komik dərki inikası, bədii gülüşün mahiyyəti estetik təbiəti, ifadə vasitələri təzahür formaları, ictimai-tərbiyəvi əhəmiyyəti onun əsərlərinin başlıca təhlil predmetləridir...

Müdrik tənqidçi-alim Arif Səfiyev bir neçə ildir ki, elmin daha məsuliyyətli şərəfli sahəsində çalışır. Ona möhkəm cansağlığı, gümrahlıq işlərində uğurlar arzulayırıq.

 

 

Zaman Əsgərli

 

Ədəbiyyat qəzeti.-2009.-6 noyabr.-S.4.