Şairin poetik aləmi

 

Oqtay Rza çağdaş poeziyamızda özünəməxsus yeri olan şairdir. İlk şeirlər kitabı "Torpağı dinləyirəm" toplanmış poetik nümunələr ümidverici təsiri bağışladı. Əsas mövzular isə əmək, sülh, təbiət vətənin tərənnümüdür. Onun şeirlərində zaman məkan maddiliyində poetik hissə çevrilir, obrazlaşır, qəhrəmanlar tədricən görünür.

O.Rza həyatın (əhvalatın) özünü yaşayır, hadisəni içərisində ətə-qana gətirir. Onun Qarabağ savaşı haqqında onlarla dəyərli şeirlərini oxumuşuq. Ağır itkilərin ağrısını birbaşa duyan şairin "Hərbi xəstəxana" şerini həyəcanla oxuyursan:

 

Hərbi xəstəxana, sözüm var sənə!

Sığınıb yaralı cəsurlar sənə -

Bir an əsirgəmə səxavətini,

Qaytar əsgərlərin güc-qüvvətini.

Kiməsə əl, ayaq,

Kiməsə qol ver,

Şirin arzulara işıqlı yol ver!

 

O.Rzanın şeirlərindən ictimai-sosial mənəvi-əxlaqi kateqoriyalar qırmızı xətlə keçir. O, insanları xoşbəxtliyə səsləyir. XX əsrin sonlarınacan şeirlərdə aşılanan "əxlaq dərsi" bəzi gənc şairlər tərəfindən qəbul edilmirdi bu fikrə uyan yeni tənqidçilər gözə dəyirdilər. Şeir, halbuki, bütün incə nəzəri strukturlarına baxmayaraq, əxlaqilik funksiyasını da daşıyır. Əxlaq daima təkamülə ehtiyaclıdır, hərçənd, avanqard yolçulu şairlərə hələ qaranlıqdır ki, obrazların intellektual səslənməsində tərbiyəvilik elementləri yox deyil. Bir halda ki, şəxsiyyət - cəmiyyət, fərd - ictimai mühit arasında daima ziddiyyətlər mövcuddur, təbii ki, hər iki "cəbhə" arasında harmoniya qeyri-mümkündür. Şairin bir vəzifəsi bu antoqonizmlərin müvazinətini, uyğunlaşmasını yaratmaqdır: estetik baxımından, gözəllik qanunlarından çıxış etməklə. Oqtayın bu misraları fikrimizin təsdiqidir:

 

Qalın kitabında sədlər aşırsan,

Keçirsən ot basmış Xudafərindən.

Arazdan yüz dəfə söhbət açırsan,

Guya çəkdiyin ah gəlir dərindən

 

Oqtay Rzanın poeziyasında təbiət xüsusi poetik mərhələ təşkil edir. O, pedaqoq-alim, müəllim olaraq bu günün prizmasından dünyanı gəzib-dolaşmışdır. Bu isə onun yaradıcılığında təsirsiz qalmamışdır. O.Rzanın şair fəhmi daha güclüdür: təbiətin doğduğu möcüzələr: sərvətlər, şəhərlər, ölkələr s. mövzuya çevrilir. "Payız", "Lövhə", "Maral göl", "Xınalıq", "Bulud", "Yasəmən ağacı çiçəkləyəndə" onlarla şeirlərində təsvirdə emosionallıq, fikrin şərhi, lirizm ilaxırı qəbul edirik. "Bulud"dan bir parça:

 

Harasa yollanıb qərib durnatək,

Bu axşam yaman kövrəksən, bulud?

De, hansı aşiqin vəfalı, göyçək

Yarından yadigar örpəksən, bulud?

 

Təbiət şeirlərində fikir-məna zənginliyi vardır; bu da onun alimliyindən, xüsusilə, təbii aləmin anatomiyası geologiyasını bilməsindən irəli gəlir. Canlı cansız aləmlər arasında bir ahəng görür: hərəkətlə hərəkətsizliyin vəhdəti. Şərqin dahi filosofu Cəlaləddin Rumi yazırdı ki, ömür su təki yenidən-yeniyə axır, fəqət, cəsədlə bir sabitlik göstərir. Deməli, fərqlilik ümumilik mövcuddur. Şair bəzən təbiətin predmetində etimoloji mənbəyə varır; ad, yaxud təsvir obyekti rəmzi məna daşıyır. Məsələn, "Yeraltı suların mahnısı", "Böyük Qafqaz", "Təbiət bilir", "Maqadanda" şeirlərinin tərənnüm miqyası eyni ovqatdan köklənsə , coğrafiyası genişdir. "Payız" şeri lakonikdir, oxucu xəyalən kəndə, obaya, torpağa qayıdır.

Oqtay Rza son on ildən artıqdır, "rübailər karvanı"nın müəllifi kimi tanınmaqdadır. Qədim Şərq şerinin miniatür forması onun yaradıcılığında müasir ovqatda səslənir; poetik duyuma üstünlük verir, şerin mənfi mənada sərbəstliyinə əlyeri qoymur.

 

Ayıldım. Elə bil canım köz imiş,

Röyada yanmağım tüstüsüz imiş.

Eyni otaqdayıq, yataqdayıq biz,

Yuxunu tərsinə yozmaq düz imiş!

 

Ədəbiyyatçı Ədilə Ağabəyli Oqtay Rzanın rübailərindən yazarkən maraqlı fraza işlətmişdir: "Sözün rəqsi". Təbii ki, sözün, səsin rəngi olduğu kimi, sözün rəqsi istisna deyil müəllif fikrini davam etdirir: "Oqtay Rza şeirlərində sözlər elə sıralanır ki, sanki rəqs edir; bu rəqs ergenkondan boy verir. Şair sözün laylarından çıxaraq inciləri yarpaq-yarpaq düzərək canlandırır". Bir nümunə:

 

Vüsala yetməyə səbrim tükəndi,

Xatirə çiçəyi dərdim, general!

Ərzə güc açdığın səfalı kəndi

Mən öz gözümlə gördüm, general!

 

Oqtay Rza uşaqlar üçün uzun illərdir yazır. O, uşaq şeirlərini "Baldan şirin" "Bala baldan şirindir" adı ilə çap etdirmişdir. Onun uşaq obrazları ağıllı, hazırcavab, diribaş, şəkil çəkməyi xoşlayan balalardır. "Hünər"dəki uşaq məlumatlıdır, hər bir əşyanı tanıyır, rəngini .

 

Gördüm Günəş yaşıldır,

Ulduzlar bənövşəyi.

Bağda üzüm qızarıb,

Dağda qar - bənövşəyi.

 

O, mövzu seçərkən süni priyomlara əl atmır, uşaq həyatına müraciət edir; bu da təbii alınır. "Aynura məktub"da nənə nəvəsi üçün bərk darıxır, bütün oyuncaqlar da sükuta dalıbdır. Bəli, Aynurun yeri görünür, anası hisslərini - nigarançılığını gizlətmir:

 

Nənəngilə səfərin

çox çəkdi, ay bala!

Günüm dönüb həftəyə,

Həftəm olub ay, bala!

Sənsiz dolu otaqlar

Mənə bomboş görünür.

Ayı yaman fikirli,

Dələ - naxoş görünür.

 

Oqtay Rza qırx ildən çoxdur ali məktəbdə dərs deyir, müəllim olaraq geologiyanın əsaslarını öyrədir. Pedaqoji Universitet onun ikinci evidir. Auditoriyada tələbələri darıxır. Elə olub, bu prosesin özüm şahidinə çevrilmişəm. Tələbə-gənclər Oqtay müəllim üçün qəribsəyir; bir onun üçün, onun mühazirələrində intellektuallıqla emosionallığın vəhdəti vardır. Bərk süxur - əşyaya şair duyğusunu verir, canlandırır, dərsi akademizmdən xilas edir

Oqtay Rza yaşının bu çağında da son dərəcə çevikdir, hərəkətdədir, daima ictimaiyyətlə ünsiyyətdədir. Doğmalarını, dostlarını axtarıb-arayandır. Şeirləri hələ uzun illərə, qərinələrə gedib çıxacaqdır, çünki bu poetik nümunələrdə onun şair ruhu, inadı yaşayır. Özü demişkən:

 

Qələmdən kağıza süzülən inci

Düzülüb sıraya - dönür əsərə.

Münəccim yaşıdım yaxşı deyir ki,

Qələm yol gedəcək mininci əsrə

 

 

Allahverdi EMİN

 

Ədəbiyyat qəzeti.-2009.-13 noyabr.-S.5.